Ərəb və bəluc fəallardan güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə dəstək

2020-07-09 12:47

Tanınmış ərəb və bəluc insan hüquqları fəalları tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani barəsində çıxarılan 15 il həbs cəzasının təsdiqlənməsini qınayıblar.

Gunaz.tv Quote | Gunaz article

İranda ərəb millətinin hüquqlarını müdafiə edən məşhur fəal Yusif Əzizi Bənitorof yaydığı videoda Abbas Lisaninin “Azərbaycan millətinin tələbkar ruhu” olduğunu vurğulayıb.

 

 

"Abbas Lisani mədəni türk fəallıdır. Onun millətinin qanuni hüquq və tələblərini dinc və sivil şəkildə ifadə etməkdən başqa heç bir günahı yoxdur,” deyə İranda İrqçiliyə Qarşı Mübarizə Mərkəzinin katibi vurğulayıb.

 

 

Həmçinin insan hüquqları cəmiyyəti olan Bəluc Fəallar Kampaniyası təşkilatının sədri Abdulla Arif azərbaycanlı milli fəal barəsində çıxarılan həbs və sürgün hökmlərini qınayıb.

 

 

Bəluc fəal Abbas Lisaniyə qarşı çıxarılan hökmlərin beynəlxalq insan hüquqları konvensiyalarına zidd olduğunu xatırladaraq azərbaycanlı siyasi məhbusun qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib.

 

 

Qeyd edək ki, İran Ali Məhkəməsi Ərdəbil Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxlayıb.

Hazırda Ərdəbil zindanının 7-ci bölümündə saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.

 

 

Xatırladaq ki, Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin sədri Jalə Təbrizi və Türkiyədə fəaliyyət göstərən “Çağdaş Azərbaycan Kültür Dərnəyinin” sədri Camal Məhmətxanoğlu da tanınmış fəal barəsində çıxarılan 15 il həbs cəzasının təsdiqlənməsini qınayaraq onun qeyd-şərtsiz sərbəst buraxılmasını tələb ediblər.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdəki tarixi məzarlıq dağıdılır: Sufi şeyxlərinin qəbirləri məhv edilib

2021-05-11

gun az article

"Türkiyə ilə əlaqələrin genişlənməsinə çalışırıq"- Şərqi Azərbaycan valisi

2021-05-11

gun az article

Neft qazma qurğuları Əhvazdan Muğana köçürülür

2021-05-11

gun az article

Güney Azərbaycanda tarixi abidələri sərhəd qoşunları mühafizə edəcək

2021-05-11

gun az article

Şərqi Azərbaycanda universitet məzunlarının 46 faizi işsizdir

2021-05-11

gun az article

Millət vəkili Urmuya görə hökuməti tənqid etdi

2021-05-11

gun az article

Marağada məktəb binaları çatışmır

2021-05-11

gun az article

GünazTV May.03.2021: PARLAQ GƏLƏCƏK: İran’ın Xarici Siyasətindəki Son Durum, İran Rejimi Güney Azərbaycan Qaynaqlarını Talan Edir

2021-05-11

gun az article

Təbrizdə iki məhşur sima koronavirusdan vəfat edib

2021-05-10

gun az article

Şərqi Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlandı

2021-05-10

gun az article

Urmuda polis məmurlarının təqib etdiyi şəxs çayda boğulub

2021-05-10

gun az article

Direktordan Urmu gölü ilə bağlı həyəcan təbili

2021-05-10

gun az article

Tufarqanda tarixi əşya qaçaqmalçısı saxlanılıb

2021-05-10

gun az article

Urmuda taksi sürücüləri tətilə başladı

2021-05-10

gun az article

Güney Azərbaycanın Səhənd bölgəsində tarixi əsərlər məhv edilir-VİDEO

2021-05-10

gun az article

İranda yeganə türk mobil operator bağlandı

2021-05-10

gun az article

İran Premyer Liqası: "Traxtur" bir pillə irəlilədi-VİDEO

2021-05-10

gun az article

Tarixi Həsənli təpəsinin 69 əsəri milli əsərlər siyahısına salınıb-FOTOLAR

2021-05-10

gun az article

Təbriz Tibb Elmləri Universiteti dünyanın ən yaxşıları siyahısında

2021-05-10

gun az article

Təbrizdə məsçidin türkcə adı dəyişdirilib

2021-05-09