SON XƏBƏRLƏR

Ərəbistan Hörmüz boğazında fəaliyyət göstərən beynəlxalq koalisiyaya qoşulub

2021.10.20, 07:36
Ərəbistan Hörmüz boğazında fəaliyyət göstərən beynəlxalq koalisiyaya qoşulub

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanı rəsmən Amerikanın rəhbərliyi ilə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün yaradılan koalisiyaya qoşulduğunu bəyan edib.

 

S.Ərəbistanının Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki,  koalisiya üzv ölkələrin gəmilərinin beynəlxalq sularda təhlükəsizliyini qoruduğuna görə, rəsmi Ər-Riyad bu qərarı qəbul edib.

 

Xatırladaq ki, sözügedən koalisiyanın təşkil edilməsiylə bağlı təşəbbüs İranın bir neçə ay əvvəl Birləşmiş Ərəb Əmirlikləyi yaxınlığında və Oman dənizində ticari gəmilərə qarşı həyata keçirdiyi təxribatçı hücumlardan sonra Amerika tərəfindən irəli sürülmüşdü. Hücumlardan sonra Amerika rəsmiləri müxtəlif dəlillərə əsaslanaraq, onların İran tərəfindən həyata keçirildiyini bildirirdilər.

 

Xüsusilə də, hücumların baş tutmasından bir müddət öncə İran prezidenti Həsən Ruhani İsveçrəyə səfəri çərçivəsində etdiyi çıxışda “İranın neft sata bilmədiyi təqdirdə, regionun digər ölkələrinin neft satmasının anlamı olmadığı”nı demişdi. Mütəxəssislər o zaman bildirirdilər ki, bu çıxış rəsmi Tehranın regionda neft ixracatına zərbə vurmaq üçün təxribatçı planlar hazırladığından xəbər verir.

 

Hücumlardan sonra Amerika Birləşmiş Ştatları körfəzdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üçün dünya ölkələrinə beynəlxalq koalisiya qurmaqla bağlı müraciət etmişdi.

 

Bu günə qədər Avstraliya, Bəhreyn və Britaniyanın qoşulmağa hazır olduqlarını bəyan etdikləri bu beynəlxalq birlik Oman dənizi, Babül-Məndəb boğazı, Körfəz və Hörmüz boğazında gəmilərin maneəsiz hərəkətinin təmin olunması istiqamətində fəaliyyət göstərir.

 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar