SON XƏBƏRLƏR

Ərk-Azərbaycan İnsan Haqları Cəmiyyətinin təmsilçisi Jalə Təbrizinin BMT-dəki çıxışının VİDEOSU

2021.10.20, 07:36
Ərk-Azərbaycan İnsan Haqları Cəmiyyətinin təmsilçisi Jalə Təbrizinin BMT-dəki çıxışının VİDEOSU

Gunaz.tv

GünAz TV: Ərk-Azərbaycan İnsan Haqları Cəmiyyətinin təmsilçisi Dr. Jalə Təbrizi Cenevrədə keçirilən BMT İnsan Haqları Şurasının 37-ci iclasına qatılaraq Güney Azərbaycanda insan haqları ilə bağlı çıxış edib.

 

İnsan Hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatı uzun illərdir Beynəlxalq qurum və təşkilatlarda Güney Azərbaycanda insan haqları sahəsində olan problemləri gündəmə gətirir.

 

Ərk-Azərbaycan İnsan Haqları Cəmiyyəti tərəfindən bir çox tədbirlərdə çıxış edən Dr. Jalə Təbrizi martın 14-də 1.5 dəqiqəlik çıxışında Güney Azərbaycanda insan haqlarının vəziyyətinə işarə edib, sonra bu barədə hazırladığı geniş raportu BMT-nin xüsusi reportyorlarına təqdim edib. Çıxışının başlanğıcında BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi xanım Asimə Cahangirin vəfatı ilə bağlı başsağlığı verən Jalə Təbrizi BMT nümayəndəsinin raportunda Güney Azərbaycanda insan haqlarına işarə olunmadığını açıqlayıb. O bildirib ki, xanım Asimə Cahangirin raportu yanvarın 25-dək hazırlandığına və lüğət məhdudiyyəti olduğuna görə hesabatda Güney Azərbaycana yer verilməyib.

 

https://www.youtube.com/watch?time_continue=64&v=MzlT48b7bAM

 

 

Dr. Jalə Təbrizi özünü əhli-haqq təriqətinə mənsub olan bir qadın kimi təqdim edib və bildirib ki, xanım Asimə Cahangirin raportunda yarsan (əhli-haqq) əhalisindən bəhs olunub. Lakin Ərk Cəmiyyəti Qərbi Azərbaycan, Şərqi Azərbaycan, İlam, Kirmanşah, Loristan, Kürdistan, Həmədan və s. kimi əyalətlərdə oxşar əqidəni daşıyanların əhli-haqq adlandığı və təzyiqlərə məruz qaldığını diqqətə çatdırıb.

 

O çıxışında azərbaycanlı siyasi məhbusların vəziyyətinə xüsusi yer verib. “Güney azərbaycanlı milli-mədəni fəallardan 4-ü yalnız Beynəlxalq Ana Dili Günü ilə bağlı mərasim keçirməyi planlaşdırdıqlarına görə uzunmüddətli həbs cəzasına məhkum edilib. Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi ümumilikdə 45 il həbs və hər biri 2 il sürgünə məhkum edilib”- deyə insan haqları müdafiəçisi diqqətə çatdırıb.

 

Sonda Ərk-Azərbaycan İnsan Haqları Cəmiyyətinin təmsilçisi 2014-cü ildə ana dili ilə əlaqədar həbs və sürgünə məhkum edilən fəalların azadlığa buraxılması üçün BMT-dən yardım istəyib.

 

Fevralın 26-da başlayan BMT İnsan Haqları Şurasının 37-ci iclası martın 23-dək davam edəcək. İclas BMT-nin baş katibi Antonio Guterres və BMT-nin İnsan Hüquqları üzrə Ali komissarının qatılımı ilə başlayıb. İranı bu iclaslarda məhkəmə sisteminin insan haqları mərkəzinin katibi Məhəmməd Cavad Laricani təmsil edir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar