Ərk cəmiyyəti adı türkcə olduğu üçün şəxsiyyət vəsiqəsi ala bilməyən uşaqla bağlı beynəlxalq qurumlara müraciət edib

2020-09-16 11:51

Ərk-Azərbaycan İnsan haqları Cəmiyyəti adı türkcə olduğu üçün şəxsiyyət vəsiqəsi ala bilməyən güney azərbaycanlı körpə ilə bağlı beynəlxalq insan hüquqları qurumlarına raport təqdim edib.

Gunaz.tv Quote | Gunaz article

Güney Azərbaycanın Ərdəbil şəhərində valideynlərinin “Ayıl” adı seçdiyi qıza 2 aydır ki, şəxsiyyət vəsiqəsi verilmir.

 

Uşağın atası azərbaycanlı milli fəal və sənətkar Səccad Colani ötən həftələrdə Ərdəbilin Qeydiyyat Şöbəsinin qarşısında çəkdiyi videoda bildirib ki, şöbənin məsulları ona Ayıl adına şəxsiyyət vəsiqəsi verilməsi üçün Tehrandan icazə tələb olunduğunu deyiblər.

 

 

Ərk cəmiyyəti həmin videonu ingiliscə alt yazı ilə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasına, BMT-nin irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinə, eləcə də BMT Uşaq Fonduna göndərərək azərbaycanlıların davamlı olaraq İran rejimi tərəfindən insan ləyaqətini alçaldan rəftarlara məruz qaldığını bildirilib.

 

Qeydiyyat Şöbəsinin məsullarının dediyinə görə, Tehranda üç fars ədəbiyyatı mütəxəssisindən ibarət olan heyət Ayıl adına şəxsiyyət vəsiqəsinin verilib verilməməsi barədə qərar verəcəklər.

 

Şöbənin məsulları həmçinin şifahi olaraq Colani ailəsinə seçdikləri adın təsdiqlənməyəcəyini bildiriblər.

 

İranda yalnız hökumət tərəfindən Qeydiyyat Şöbələrinə elan olunan siyahıda yer alan adlara şəxsiyyət vəsiqəsi verilir. Bu siyahıda türk adlarının böyük əksəriyyəti yer almayıb.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14