"Ərk" İnsan Haqları Cəmiyyəti Güney Azərbaycandakı son həbslər barədə 2-ci bəyanatını yayıb

2020-10-09 11:25

Azərbaycan İnsan Haqları Cəmiyyəti- "Ərk" İran rejiminin Güney Azərbaycanda həyata keçirdiyi son həbslər barədə 2-ci bəyanatını yayıb.

Gunaz.tv Quote | Gunaz article

Bəyanata güney azərbaycanlı fəalların hesabatlarını da daxil edən cəmiyyət cəmiyyət bəyanatı beynəlxalq təşkilatlara göndərib. 


Bu barədə Jalə xanım Təbrizinin rəhbərlik etdiyi "Ərk" İnsan Haqları Cəmiyyəti "İnstagram" və "Telegram"da fəaliyyət göstərən istifadəçi hesablarında məlumat yayıb. İran rejiminin Güney Azərbaycanda həyata keçirdiyi son həbslərlə əlaqədar ingilis dilində hazırlanmış həmin bəyanat müvafiq beynəlxalq təşkilatlara göndərilib. 


Bəyanatda Güney Azərbaycanlıların müxtəlif şəhərlərdə Qarabağa dəstək məqsədilə keçirdikləri son etirazlara toxunulur və bu zaman rejimin təhlükəsizlik qüvvələrinin insanları vəhşicəsinə döyməsinə diqqət çəkilir.


"2020-ci ilin 27 sentyabrında Azərbaycan Respublikasının Ordusu tərəfindən Qarabağın işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatların başlanmasının ardınca azərbaycanlılar İranın müxtəlif şəhərlərində heç bir təşkilatçı qüvvə olmadan eyləmlər keçiriblər.  İranın təhlükəsizlik qüvvələri eyləmlərə qatılan insanları döyərək və son dərəcə vəhşilik göstərərək həbs ediblər. 


Azərbaycan İnsan Haqları Cəmiyyəti- "Ərk" 3-cü hesabatını, eləcə də Təbriz, Urmu (Urmiya), Ərdəbil əyaləti, Tehran, Zəncan (Zəngan) və digər 10 şəhərdə keçirilmiş Qarabağa dəstək aksiyaları zamanı insanların tutulma forması barədə məlumatları Beynəlxalq Əfv Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, BMT-nin İranda insan haqları üzrə xüsusi həmməruzəçisi Cavid Rəhman, Milli Azlıqların Hüquqları üzrə Beynəlxalq Qrup və digər bu kimi beynəlxalq qurumlara göndərib. 


Hesabatlara əsasən, həm Qarabağa dəstək aksiyası keçirilən zaman, həm də sonradan evlərində və iş yerlərində 100-dən çox insan həbs edilib. Amma oktyabrın 3-nə qədər "Ərk" İnsan Haqları Cəmiyyəti tutulanlardan yalnız 56 nəfərinin adını öyrənə bilib. Onlardan da bir qrupu mülki vəsiqə qarşılığında azadlığa buraxılsa da, qalanları hələ də həbsxanalarda saxlanılırlar", - deyə bəyanatda vurğulanır. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Son etirazlarda tutulan 66 fəalın adı məlum olub

2020-10-22

gun az article

Milli fəal Əli Əzizinin məhkəmə iclası keçirilib

2020-10-22

gun az article

Xanım Həkimə Əhmədi mülki vəsiqə qərarına rəğmən, məhkəmədən Təbriz zindanına aparılıb

2020-10-22

gun az article

Bir qrup milli fəal müvəqqəti azadlığa buraxılan Səccad Colani ilə görüşüb

2020-10-22

gun az article

Milli fəallar Təbriz həbsxanasında aclıq aksiyasına başlayıblar

2020-10-22

gun az article

İranın Ermənistana dəstəyinə qarşı keçirilmiş etirazlarda tutulan xanımlardan bəzilərinin adları məlum olub

2020-10-22

gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20