SON XƏBƏRLƏR

Ərk İnsan Hüquqları Cəmiyyəti ozbaşınalıq nəticəsində saxlanılan azərbaycanlı mədəni fəallar barəsində bəyanat yayıb

2021.10.20, 07:36
Ərk İnsan Hüquqları Cəmiyyəti ozbaşınalıq nəticəsində saxlanılan azərbaycanlı mədəni fəallar barəsində bəyanat yayıb

Gunaz.tv

GünAz TV: Son vaxtlar çox sayda azərbaycanlı milli-mədəni fəalın qanunsuz şəkildə saxlanması Azərbaycan ictimaiyyəti ilə birlikdə insan hüquqları qurumlarının da xüsusi etirazına səbəb olub.

 

Bu məsələyə etiraz edən qurumlardan biri də Ərk İnsan Hüquqları Cəmiyyətidir. Cəmiyyət bu barədə bəyanat yayaraq İranda təhlükəsizlik orqanlarının özbaşınalıq etməsi və azərbaycanlı mədəni fəalların qanunsuz saxlanmasını pisləyib.

 

“İqtisadi gərginlikdən dolayı ötən aylarda milli və dini azlıqlar, öyrəncilər, fəhlələr və s. arasında rejimə qarşı etirazlar artıb. İqtisadi tələbləri təmin etməkdə aciz olan rejim vəziyyətin kontroldan çıxmasından çəkinərək müxtəlif sahələrin fəal nümayəndələrini saxlamağa başlayıb.

Bu arada Beynəlxalq Ana Dili Günü yaxınlaşır. Rejim ana dilində təhsil tələb edən azərbaycanlılara qarşı önləyici tədbir kimi, Azərbaycan Milli Hərəkatının tanınmış simaları, o cümlədən Abbas Lisanini saxlayıb.

Ərk İnsan Hüquqları Cəmiyyəti, Ümumdünya İnsan hüquqları Bəyannaməsi və beynəlxalq konsensiyaları əsas götürərək saxlanılanların qeyd-şərtsiz azadlığa buraxılması və özbaşınalıq nəticəsində fəalların saxlanmasının dayandırılmasını tələb edir”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

 

Ərk İnsan Hüquqları Cəmiyyəti İranda azərbaycanlıların demokratik hüquqlarının tələbi ilə bağlı islam cümhuriyyətindən beynəlxalq qurumlara 3 şikayət ünvanlayıb. Şikayət məktubu Cenevrədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığı, BMT-nin İranda insan hüquqları üzrə xüsusu nümayəndəsi, BMT-nin milli azlıqların hüququ üzrə nümayəndəsi, Beynəlxalq Əfv Təşkilatı və İranda İnsan Hüquqları Mərkəzinə göndərilib.

 

Cəmiyyət yaydığı bəyanatın sonunda Abbas Lisaninin qanunsuz saxlanmasına xüsusi olaraq etiraz bildirib, onun qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib. Bəyanatda vurğulanıb ki, rejim fəalın taleyi ilə bağlı birbaşa məsuliyyət daşıyır, cəmiyyət bununla bağlı beynəlxalq ictimaiyyətə məlumat çatdırmağa davam etdiriləcək.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar