Erməni generaldan Njdenin Xocavənddəki heykəli ilə bağlı TƏKLİF

2021-05-06 10:54

Xankəndidə toplaşan separatçıların “təhlükəsizlik şurasının başçısı” kimi təqdim olunan general Vitali Balasanyan erməni faşisti Qaregin Njdenin Xocavənd şəhərindəki heykəlinin sökülməsini təklif edib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə məlumatı separatçıların başqa bir nümayəndəsi Artak Mkrtçyan və Ermənistan parlamentinin müstəqil deputatı Sofiya Ovsepyan “Azadlıq” radiosunun erməni xidmətinə bildiriblər.


A.Mkrtçyanın sözlərinə görə, “ağsaqqallar şurası” şəhər sakinlərinin tələbi ilə Balasanyanın təklifini rədd edib:


“Biz onunla danışdıq və dedik ki, bunu etmək lazım deyil və biz bunu etməyəcəyik. Əgər aydın səbəb yoxdursa, dəqiq şərt qoyulmayıbsa, biz abidəni sökmürük”.


“Azadlıq”ın erməni xidməti Vitali Balasanyanın niyə belə bir təkliflə çıxış etməsinin səbəbini öyrənməyə çalışıb. Vitali Balasanyanın sözçüsü sorğuya cavab verməyib.


Deputat Sofiya Ovsepyan da Vitali Balsanyanın niyə belə bir təklif verməsinin səbəbini anlamağa çalışdığını deyib:


“Mən bu məsələ ilə əlaqədar onunla onun ofisində görüşmüşdüm. Mən dünən daha onunla danışmağa cəhd göstərmədim. Çünki belə sözləri dilə gətirən adamla danışmaq istəmirəm. O görün nə deyirdi: “Njdenin abidəsini Martunidə (Xocavənd – red.) qoymaq niyə lazımdır? Aparın onu Zəngəzurda qoyun”.

Bəli, bu sözləri Balasanyan deyib. O, əgər belə bir şey deyirsə və Njdenin bütün erməni xalqına məxsus olduğunu dərk eləmirsə, onunla nə danışasan?”.

Ermənistan mətbuatının məlumatında qeyd olunur ki, Rusiya rəsmilərinin Qaregin Njdenin tərənnüm edilməsindən narazı olduqları sirr deyil. (modern.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib

2021-06-16

gun az article

Cenevrədə Rusiya və ABŞ prezidentləri arasında görüş başlayıb

2021-06-16

gun az article

İsrailin texnologiya şirkətləri Qarabağda fəaliyyət göstərə bilər

2021-06-16

gun az article

Türkiyə Prezidenti: "Qarabağı birlikdə inşa edəcəyik"

2021-06-16

gun az article

Rafael Qrossi: “Nüvə sazişini canlandırmaq üçün İranda yeni hökumətin iş başına gəlməsinə qədər gözləməliyik”

2021-06-16

gun az article

Ərdoğan Milli Məclisdə çıxış edir - CANLI

2021-06-16

gun az article

İranda mühafizəkar namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina edib

2021-06-16

gun az article

“NATO ilə əməkdaşlığın daha da genişləndirilməsini istəyirik” – Hikmət Hacıyev

2021-06-16

gun az article

Türkiyəli ekspert: “Şuşa Bəyannaməsi ilə Ermənistanın özbaşınalığının qarşısı alınacaq”

2021-06-16

gun az article

İran rəsmisi: “Prezident seçkilərinin nəticəsi şənbə günü elan ediləcək”

2021-06-16

gun az article

İranda 210 deputat İbrahim Rəisi ilə bağlı prezidentliyə namizədlərə müraciət etdi

2021-06-16

gun az article

Milli Qəhrəman Əliyar Əliyevin məzarı bərpa olunub - FOTO

2021-06-16

gun az article

“Sülhməramlılar gedəcək, Xankəndi Azərbaycanın nəzarətinə keçəcək”-İlham İsmayıl 

2021-06-16

gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16