SON XƏBƏRLƏR

ERMƏNİ LOBBİSİ KONQRESDƏ DİNLƏMƏLƏR TƏŞKİL EDİR

2021.10.20, 07:36
ERMƏNİ LOBBİSİ KONQRESDƏ DİNLƏMƏLƏR TƏŞKİL EDİR

Gunaz.tv
ERMƏNİ LOBBİSİ KONQRESDƏ DİNLƏMƏLƏR TƏŞKİL EDİR Dinləmələr zamanı ABŞ-ın Ermənistan və Cənubi Qafqaz siyasəti müzakirə olunacaq ABŞ Konqresinin Nümayəndələr Palatasında iyunun 18-19-da erməni lobbisinin təşkilatçılığı ilə dinləmələr olacaq. Erməni mənbələrinin yaydıqları məlumatlara görə, Nümayəndələr Palatasının xarici əlaqələr Komitəsinin üzvləri Dövlət Departamentinin nümayəndələrinə ABŞ-ın Ermənistan və Cənubi Qafqaz regionu ilə bağlı siyasəti haqda suallar ünvanlayacaqlar. Əvvəlcə dinləmələrdə ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə müavini Daniel Frid ABŞ-ın regiondakı siyasətinə dair məruzə ilə çıxış edəcək. Dinləmələr zamanı komitənin erməni dəstək qrupundan olan üzvü Hovard Berman ABŞ-ın “erməni soyqırımı” məsələsinə dair mövqeyi haqda sorğu verəcək. İyunun 19-da isə Komitədə ABŞ-ın Ermənistana yeni təyin etdiyi səfir Mariya Yovanoviçin namizədliyi məsələsi müzakirə olunacaq. Bununla əlaqədar olaraq Amerikadakı Erməni Milli Komitəsi Yovanoviçin “soyqırım” məsələsinə münasibəti haqda izahat istəyir. Həmçinin ona Ermənistan-Azərbaycan münaqişəsi, ABŞ-ın bu münaqişənin nizamlanmasında rolu, Türkiyə ilə sərhədlər və digər suallar veriləcək. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar