SON XƏBƏRLƏR

Erməni mənimsənilmələrinin qarşısı alınacaq

2021.10.20, 07:36
Erməni mənimsənilmələrinin qarşısı alınacaq

Gunaz.tv
Erməni mənimsənilmələrinin qarşısı alınacaq Azərbaycana məxsus əqli mülkiyyət nümunələri, musiqi əsərlərinin və folklor nümunələrinin ermənilər tərəfindən mənimsənilməsinin qarşısını Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olandan sonra almaq mümkün olacaq. "APA-Economics"in məlumatına görə, bunu Müəllif Hüquqları Agentliyinin sədr müavini Oqtay Səmədov bildirib. O.Səmədovun sözlərinə görə, Azərbaycan hazırda ÜTT-yə üzv olmadığından, bu sahədə müəyyən problemlərlə üzləşir: "Biz Azərbaycana məxsus nümunələrin ermənilər tərəfindən mənimsənilməsini dəfələrlə beynəlxalq təşkilatlar qarşısında qaldırsaq da, heç bir müsbət nəticə əldə olunmayıb. Onlar isə öz növbələrində bunun qarşısını almaq üçün əllərində rıçaqların olmadığını bildirirlər. ÜTT-yə üzv olandan sonra bizim ermənilərə qarşı tədbirlər görmək üçün ciddi imkanlarımız olacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar