SON XƏBƏRLƏR

Erməni musiqişünası balabanın tarixini saxtalaşdırdı

2021.10.20, 07:36
Erməni musiqişünası balabanın tarixini saxtalaşdırdı

Gunaz.tv
Erməni musiqişünası balabanın tarixini saxtalaşdırdı Ermənilərin Jenok Korarovyan adlı musiqişünası dərc etdiyi Balaban məktəbi" adlı dərgisində bir sıra tarixi faktları saxtalaşdıraraq alətin yaranmasını öz tarixi köklərinə bağlayıb. Bu barədə Azərbaycan Milli Konservatoriyasının müəllimi, balaban ifaçısı İlham Nəcəfov məlumat verib. Rus dilində dərc olunmuş topluda qeyd olunur ki, guya bu alət "duduk" adlı ilə Ermənistanda yaranıb və yaxın dövlətlər nə vaxtsa bunun imkanlarından istifadə etməyə başlayıblar. Yüksək tirajla satışa çıxarılan dərginin artıq Avropa ölkələrində yayıldığı bildirilir. İ.Nəcəfov "Balaban məktəbi" adlanan bu kitabla xaricə səfərlərinin birində tanış olub. Kitabda yazılanları bir-bir vərəqləyən musiqiçi tarixi faktların təhrif olunduğu qənaətinə gəlib. Onun bu fikrini sonradan kitabla tanış olan musiqişünaslarımız da təsdiqləyiblər: "J.Korarovyan balaban aləti barədə danışarkən XX əsrin sonlarına istinad edir. Amma 1937-ci ildə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Azərbaycanda bu alətin məktəbi yaradılıb. Həmin ildə bəstəkarın təşəbbüsü ilə "Balban məktəbi" adlı kitab işıq üzü görüb. O illərdən üzü bəri həmin məktəb musiqimizə onlarla peşəkar balaban ifaçıları bəxş edib. Bu gün onların yetirmələrindən biri də mənəm. Amma ermənilər Ü.Hacıbəyvoun kitabındakı tarixi faktları saxtalaşdırmağa çalışaraq balaban məktəbinin onlara aid olduğunu iddia etdirlər". İlham Nəcəfovun məlumatına görə, balaban alətinin tarixi çox uzun illərə gedib çıxır. Amma Ü.Hacıbəyova qədər bu alətin keçmişini araşdıran, məktəb yaradan şəxs olmayıb. Tarixi faktlara əsaslanan musiqiçi daha sonra XI əsrdə yaşamış Qətran Təbrizinin adını çəkdi. Qeyd etdi ki, ədib həmin dövrdə yazılarının bir neçəsində balabanın adını çəkib. Həmin yazıların indiyə qədər qorunduğunu deyən İlham Nəcəfov bildirdi ki, bu faktlar Q.Təbrizinin "Divanə"sində yer alıb. Eyni zamanda XIV əsrdə yaşamış Qazi Bünhanəddinin şerlərində də balaban alətinin adı dəfələrlə qeyd olunub. Amma bu faktları dünya ictimaiyyətinə çatdırmaq üçün İlham Nəcəfovun söylədiyi bu fikirlər yetərli deyil. Musiqiçi belə hesab edir ki, beynəlxalq konfranslarda bu məsələ müzakirəyə çıxarılmalı, eyni zamanda ermənilərin yalanını ifşa etmək üçün kütləvi şəkildə kitablar dərc olunmalıdır. Onun fikrincə, əlimizdə geniş imknaların olmasına baxmayaraq təbliğat apara bilmirik. "İpək yolu" ansamblı ilə bir sıra layihələrdə iştirak edən İlham Nəcəfov daha bir məsələyə toxundu. Təəssüflə qeyd etdi ki,həmin ansamblın tərkibində çalışan Qevord Davarqyan balaban alətində ifa edir. Konsertlərin birində onunla bir araya gələn İ.Nəcəfovun musiqiçi ilə deyişməsi olub. İlham Nəcəfov ifaçıya ürəyinin yox, sadəcə barmaqlarının işlədiyini əvvəl ifadəsi, daha sonra əməlində sübuta yetirib. Onun bu iddasını ansambldakı musiqiçilər də alqışlayıblar: "Uzun zamandır "Sarı gəlin"in bizim musiqimiz olduğu barədə danışırıq. Amma bunu sübuta yetirmək üçün bir iş görə bilməmişk. Səfərdə olarkən video kadrlardan "Heyvagülü", Tərəkəmə", "Gözəlim sənsən" kimi milli musiqilərimizi ermənilərin dövlət ansamblının ifasında səsləndirildiyini izlədim. Bu musiqiləri dünyaya biz yox, ermənilər çatdırırlar». //Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar