SON XƏBƏRLƏR

Erməni müxalifətinin aksiyası dağıdıldı

2021.10.20, 07:36
Erməni müxalifətinin aksiyası dağıdıldı

Gunaz.tv
Erməni müxalifətinin aksiyası dağıdıldı Müxalifət isə hakimiyyəti Cənubi Qafqazda baş verən son hadisələrdən faydalanmaqda təqsirləndirir Ermənistan müxalifətinin iyunun 20-dən davam edən oturaq aksiyası dağıdılıb. Eks-prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresinin yaydığı məlumata görə, bu gün 100 nəfərə yaxın gənc aksiyanın keçirildiyi əraziyə gələrək, müxalifətçilər tərəfindən asılmış şüarları cırmağa başlayıb. Hadisə yerində olan polis əməkdaşları da nümayişçilərin dağıdılmasında iştirak edib. Erməni Milli Konqresi bunu Cənubi Qafqazda baş vermiş son hadisələrlə əlaqələndirir: «Dünya ictimaiyyətinin diqqəti Gürcgüstan və Cənubi Osetiyada baş vermiş hadisələrə yönəlib və Ermənistandakı hadisələrə diqqət yetirilmiş. Bundan başqa, Ermənistandakı hakim rejim, insan hüquqları və demokratiyanın ifadəsi üçün son imkanı da sıradan çıxarmağa cəhd göstərir». Ermənistan Daxili İşlər Nazirliyi isə insidentə hələlik şərh verməyib. Lakin şahidlərin sözlərinə görə, aksiya dağıdılarkən bir ençə müxalifətçi döyülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar