Erməni tərsliyi və ya “stəkanda fırtına”: “Azərbaycan öz qanuni torpaqlarını geri qaytarır”-Politoloq

2021-05-15 12:05

Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqlşdirilməsi prosesi davam edir. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Zəngəzur mahalı istiqamətində 3 kilometr irəliləməsi, Qaragölü nəzarət altına alması İrəvanda təşviş yaradıb.

Gunaz.tv Quote | Gunaz article

Nikol Paşinyanın bəyanatları göstərir ki, Ermənistan tərəfi prosesdən razı deyil. Hətta Fransa Prezidenti Emmanuel Makron da ermənipərəst mövqe nümayiş etdirib, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb. 

 “Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisinə daxil olub. Onları dərhal ərazidən çıxarmaq lazımdır”- deyə, Makron erməni dilində yazıb.

Günaz.TV-yə açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, sərhədlərin delimitasiyası prosesi qanuna və razılaşmaya uyğun aparılır: “2020-ci ilin 10 yanvar Moskva razılaşması var. Həmin sənədə uyğun olaraq sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi həll edilir. İndi Azərbaycan ordusu Qaragölü nəzarətə götürüb. 

Qabil Hüseynli: “Nə Azərbaycan Fələstindir, nə də...” -

Bu ərazinin Ermənistana verilməsi 1980-ci ilin əvvəllərində olub. Bu məsələ  insanların yaddaşındadır. Ermənilər Gorus istiqamətindən Azərbaycan ərazilərinin içərisinə 3 kilometrə qədər daxil olub. Köhnə SSRİ-dən qalma xəritələr var. Süni peyk vasitəsilə bunu müşahidə etmək olar. Azərbaycan kiməsə güllə atmayıb, hücum etməyib. 

Sadəcə öz ərazilərimiz geri qaytarmaq istəyirik. Fransa Prezidenti Emmanuel Makronun, Nikol Paşinyanın haray-həşirindən bir şey çıxmayacaq. Dünya həqiqəti qəbul etməlidir. Azərbaycan öz sərhədlərini dəqiqləşdirir, işğal olunmuş torpaqlarını geri qaytarır”. 

Politoloq deyib ki, Makronun əsassız canfəşanlığından bir şey çıxmayacaq:

“Tutaq ki, Makron BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasına nail oldu. Nə olacaq ki? Müzakirə edəcəklər, uzaqbaşı bölgəyə nümayəndələr göndərəcəklər. Ermənilər Naxçıvanda 1, Qazaxda 7 kəndi işğal edib. Onu qaytarmalıdır. Sovet dövründə, 1983-cü ildə Moskvanın göstərişi ilə 14 min hektar torpaq Ermənistana bağışlanıb. Sovet vaxtı proletar beynəlmiləlçiliyi, vahid dövlət ideyası adı altında torpaqlarımızı Ermənistana veriblər. Deyirdilər ki, “vahid dövlətik, xalqlar dostluğu şəraitində yaşayırıq, nə fərqi var, torpaq kimdə oldu”. 

Biz o torpaqları geri qaytarırıq. Dünya nə deyəcək? Təcavüz aktı deyil bu. Hücum edib Ermənistan torpaqlarını tutmamışıq. Sadəcə danışıqlar gedir, sərhədlərin dəqiqləşdirilməsi prosesi davam edir”.

Politoloq hesab edir ki, ermənilər 10 noyabr bəyannaməsinə əməl etməli və torpaqları qaytarmalıdır: “Ermənistanın tərsliyi nəticə verməyəcək. Paşinyanın hay-həşiri "stəkanda fırtına"dan başqa bir şey deyil. Ermənilər torpaqları qaytarmalıdır. Əks halda Azərbaycan ordusu öz missiyasını yerinə yetirəcək. Qazaxın 7 kəndinin və Kərkinin azad edilməsi üçün əməliyyat keçirilə bilər. Torpaqlarımız işğal olunub. Azərbaycan sadəcə öz qanuni torpaqlarını geri qaytarır”.

Axan Turan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyə səfiri: Ərdoğanın Şuşaya səfərinə hazırlıq davam edir

2021-06-13

gun az article

Peyvəndin ikinci dozasından sonra Putinin temperaturu yüksəldi

2021-06-13

gun az article

Paşinyan gülünc vəziyyətə düşdü

2021-06-13

gun az article

ABŞ Azərbaycanın humanitar addımını alqışladı

2021-06-13

gun az article

AVRO-2020: Belçika millisi Rusiyanı darmadağın edib

2021-06-13

gun az article

Ermənistan Ağdamda basdırılmış minaların xəritəsini Azərbaycana təhvil verdi

2021-06-12

gun az article

Paşinyan müxalifəti təhqir etdi, xalqı meydanlara çağırdı

2021-06-12

gun az article

Bu gün İranda prezidentliyə namizədlərin 3-cü debatı keçiriləcək

2021-06-12

gun az article

Akademik Çingiz Qacar vəfat edib

2021-06-12

gun az article

Azərbaycanda bəzi şəxslərə vaksinin üçüncü dozası vurulacaq

2021-06-12

gun az article

Prezident seçkiləri: "Seçki qərargahlarında çirkli pullar dolaşır- Azərbaycanlı namizəd

2021-06-12

gun az article

İlham Əliyev: "İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir"

2021-06-12

gun az article

İranın Kirman əyalətində ağır yol qəzası: Bir ailənin 5 üzvü ölüb

2021-06-12

gun az article

"Televiziyalarımız oyanış prosesində mərkəz rolunu oynamalıdır"-Elnur Eltürk

2021-06-12

gun az article

Laçının Kamallı kəndindən görüntülər - VİDEO

2021-06-12

gun az article

İranın Şimali Xorasan əyalətində 4,3 bal gücündə zəlzələ olub

2021-06-12

gun az article

Azərbaycan nefti 74 dollara yaxınlaşır

2021-06-12

gun az article

Kəlbəcərə keçmək istəyən 5 nəfər saxlanıldı

2021-06-12

gun az article

NATO Ukraynaya dəstək verdi

2021-06-12

gun az article

Gürcüstandakı soydaşlarımızla svanlar arasında yeni insident

2021-06-12