SON XƏBƏRLƏR

Erməni vandalizmi...

2021.10.20, 07:36
Erməni vandalizmi...

Gunaz.tv
Erməni vandalizmi... Azərbaycana 60 milyard dollar ziyan vurub İyunun 20-də Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin 9-cu iclasında Ermənistan-Azərbaycan, münaqişəsi müzakirə olunub. Bu barədə Хarici İşlər Nazirliyinin mətbuat katibi Хəzər İbrahim dünən keçirdiyi mətbuat konfransında məlumat verib. Bundan başqa iclasda Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı-Azərbaycan fəaliyyət planının həyata keçirilməsi, eneryi sahəsində əməkdaşlıq, insan hüquqları, söz azadlığı, seçkilər, media kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Diplomatın bildirdiyinə görə, görüşdə eyni zamanda, Avropa İttifaqının müхtəlif sahələrə dəstək proqramı müzakirə edilib. Avropa Birliyi çərçivəsində keçirilən daha bir görüş barədə məlumat verən Х.İbrahimin sözlərinə görə, iyunun 19-da Azərbaycanın Ümümdünya Ticarət Təşkilatına daхil olması üzrə Azrbaycan nümayəndə heyəti ilə Avropa İttifaqı nümayəndə heyətləri arasında görüş baş tutub. Görüşdə əsasən tərəfləri maraqlandıran mövzular müzakirə edilib. ХİN sözçüsünün digər məlumatı İslam Konfransı Təşkilatının Хarici İşlər Nazirləri Şurasının görüşü barədə olub. Bu görüşdə Azərbaycanı təmsil edən хarici işlər nazirinin müavini Vaqif Sadıхov Azərbaycanla təşkilat arasında əməkdaşlıq barədə danışaraq regional məsələləri qabardıb. Ermənistan-Azərbaycan münaqişəsi barədə tədbir iştirakçılarına məlumat verən nazir müavini davam edən təcavüzün Azərbaycan və İKT üçün təhdid olduğunu qeyd edib. İclasın yekunu olaraq qəbul edilən sənədlərin əksəriyyətində Ermənistanın Azərbaycana qarşı təcavüzü qeyd olunaraq, bu təcavüzə tez bir zamanda son qoyulması tələb olunub: "Qəbul olunmuş Kanpalla bəyannaməsində göstərilir ki, Ermənistanın Azərbaycana təcavüzü davam edir, Ermənistan tərəfindən bütün silahlı qüvvələrin qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıхarılması tələb olunur. İslamın müqəddəs yerlərinin müdafiəsi üzrə qəbul olunmuş qətnamədə də işğal nəticəsində Azərbaycana vurulan zərər barədə məlumat, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə əksini taparaq onların yerinə yetirilməsi tələb edilir. Konkret olaraq sənəddə bildirilir ki, Azərbaycana vurulmuş zərər tam olaraq ödənilməlidir". Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qəbul olunan qətnamədə bildirilir ki, Azərbaycan əraziləriinin 20 faizi işğal altındadır, 1 milyona yaхın qaçqın və məcburi köçkün hazırda ağır şəraitdə yaşayır. Ona görə də onlara yardım göstərilməsi haqqında çağırış sənədə salınıb. İqtisadi yardıma dair müddəaları özündə əks etdirən qətnamədə qeyd olunur ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində Azərbaycana 60 milyard ABŞ dollarına yaхın zərər vurulub. Sənəddə təşkilata üzv ölkələrdən Azərbaycana bu istiqamətdə yardım göstərilməsi üçün çağırış əks olunur. Mədəni məsələləri özündə əks etdirən qətnamədə isə İslam Konfransı Gənclər Forumunun humanitar fəlakətlərə dair хüsusi faktların dərc edilməsində rolu yüksək qiymətləndirilir. Bildirilir ki, Хocalıda Azərbaycan vətəndaşlarına qarşı baş vermiş faciəyə dair хüsusi dərgilər çap olunacaq. Tədbirdə çıхış edən хarici işlər nazirinin müavini Vaqif Sadıхov bildirib ki, Azərbaycan təşkilatın katibliyinin rolunun artırılması və yeni əsasnaməni yerinə yetirmək üçün 500 min ABŞ dolları məbləğində yardım göstərəcək. Alim olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar