SON XƏBƏRLƏR

Ermənilər atəşkəsi növbəti dəfə pozublar

2021.10.20, 07:36
Ermənilər atəşkəsi növbəti dəfə pozublar

Gunaz.tv
Ermənilər atəşkəsi növbəti dəfə pozublar 20080624130933_1.jpg Müdafiə Nazirliyinin mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 23-də saat 11.05-dən 11.30-dək Ermənistanın Berd rayonunun Çinari kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 22.30-dan 22.45-dək Goranboy rayonunun Tapqaraqoyunlu və Füzuli rayonunun Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 17.15-dən 17.20-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 13.45-dən 13.55-dək və iyunun 24-də saat 02.30-dan 03.30-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14.50-dən 15.20-dək və saat 04.45-dən 05.10-dək Ağdam rayonunun Şıxlar, Yusifcanlı və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar