SON XƏBƏRLƏR

Ermənilər Azərbaycanın işğal altında yerləşən ərazilərində yenidən yanğınlar törədiblər

2021.10.20, 07:36
Ermənilər Azərbaycanın işğal altında yerləşən ərazilərində yenidən yanğınlar törədiblər

Gunaz.tv
Ermənilər Azərbaycanın işğal altında yerləşən ərazilərində yenidən yanğınlar törədiblər Azərbaycan, Bərdə. 11 may / Trend News müxbir Ş.Cəliloğlu/ Bu gün saat 14-00 iradələrinə ermənilər Azərbaycanın işğal altında yerləşən ərazilərində yenidən yanğınlar törədiblər. Yanğınlar Ağdamın işğal altında olan Gülçülük sovxozu adlanan ərazisində baş verib. Bir hektara yaxın ərazini əhatə edən yanğınlar quru otlaq sahələrini əhatə edir. Cəbhə yanı kənd sakinlari, Qarabağ üzrə bölgə muxbirimizə verdiyi məlumata görə, ermənilər yandırıcı silahlardan atəş açaraq əraziləri yandırırlar. Yanğınlar zamanı işğal altında yaşayan sürünən heyvanlar alovdan canını qurtararaq tamas xəttinə yaxın yerləşən yaşayıs məntəqələrinə üz tutublar. Bu isə öz növbəsində kənd caamatının həyat şaraitini çətinləsdirir. Bu gün Ağdam rayon sakinini əkin sahəsində çalışarkan ilan vuraraq öldürüb. Qeyd edək ki yanğınlar saat 18.00 iradələrinə qədər davam edib. Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/* */ trend --------------------------------------------------------------------------- Azərbaycan və Türkmənistan Xəzər dənizində neft və qaz kəşfiyyatında əməqdaşlıq edə bilər - nazir _natig_aliyev_280807-1.jpg Azərbaycan, Bakı, 10 may / «Trend Capital», müxbir E.İsmayılov/ Azərbaycanın Türkmənistanla təkcə qaz sahəsində deyil, digər sahələrdə də əməkdaşlıq etməsinə böyük imkanlar var. Bu barədə şənbə günü Sənaye və Energetika naziri Natiq Əliyev bildirib. Məsələn, əməkdaşlıq neft-qaz sahəsində kəşfiyyat işlərinin birgə aparılması ola bilər. «Bildiyiniz kimi, bizim yataqlar bir-birinə oxşayır», - nazir əlavə edib. Ola bilsin ki, Azərbaycan və Türkmənistanın dəniz yataqları infrastrukturları birləşsin. Burada neft-qaz boru kəmərlərinin birləşməsi, enerji resurslarının nəqliyyat məsələləri üzrə qarşılıqlı kömək nəzərdə tutulur. Enerji təhlükəsizliyini artırmaq məqsədilə, elektrik enerjisinin daşınması mümkün olan sualtı kabellər vasitəsilə iki ölkəni birləşdirmək məsələsi də müzakirə olunur. Azərbaycan Türkmənistana qaz nəqli üçün şərait yaratmağa hazırdır, Natiq Əliyev bildirib. Sözügedən qaz nəqliyyatı Bakı-Tbilisi-Ceyhan qaz kəməri vasitəsilə gerçəkləşə bilər. Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]/* */ trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar