SON XƏBƏRLƏR

ERMƏNİLƏR AZƏRBAYCANIN QARABAĞDAN İMTİNA EDƏCƏYİNİ GÖZLƏYİR

2021.10.20, 07:36
ERMƏNİLƏR AZƏRBAYCANIN QARABAĞDAN İMTİNA EDƏCƏYİNİ GÖZLƏYİR

Gunaz.tv
“ERMƏNİLƏR AZƏRBAYCANIN QARABAĞDAN İMTİNA EDƏCƏYİNİ GÖZLƏYİR” Qərbi Azərbaycana Qayıdış Birliyi həyəcan təbili çalır 73.jpg Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin müraciəti yayılıb. Müraciətdə Qərbi Azərbaycandan deportasiya edilmiş yüz minlərlə həmvətənimizin hüquqlarının tanınmaması qeyd olunur. Bildirilir ki, məlum hadisələr başlayandan sonra Ermənistandakı tarixi ərazilərimizdən deportasiya olunan yarım milyonadək azərbaycanlının qaçqınlıq statusu sonradan ləğv olunduğu üçün onlar bir çox güzəşt və imtiyazlardan məhrum edilib. Əlavə olunur ki, bunun qarşılığında Ermənistan hökuməti Azərbaycandan köçən erməniləri qaçqın kimi qeydiyyata alıb və bu gün də onlar Avropa Məhkəməsində Azərbaycana qarşı iddialarla çıxış edirlər. Müraciətdə hökumətin Qərbi Azərbaycanın taleyi məsələsində passiv mövqe tutduğu da vurğulanıb: “Qərbi Azərbaycan məsələsində yürüdülən bu səhv siyasətin nəticəsidir ki, ermənilər işğal etdikləri Dağlıq Qarabağ və ətraf rayonların bir qarışını belə qaytarmaq istəmirlər. Ermənilər inanırlar ki, Dağlıq Qarabağdan ərazicə bir neçə dəfə böyük olan Qərbi Azərbaycandan imtina edənlər gec-tez işğal altındakı torpaqları da unudacaqlar”. Qayıdış Birliyinin müraciətində deyilir: “Biz QAQB olaraq Azərbaycan xalqını məkrli planlara qarşı mübariz olmağa çağırırıq! Biz heç zaman tarixi yurdlarımızın əbədi ermənilərin olmasına yol verməməliyik. Dağlıq Qarabağ, Zəngəzur, Göyçə, Qaraqoyunlu, Amasiya, Dərələyəz, Vedibasar, Uluxanlı, Cəlaloğlu, Kəlbəcər, Ağdam, Laçın və digər işğal altındakı torpaqlarımızı heç vaxt unutmamalıyıq”. Yayılan sənəddə insanların QAQB ətrafında birləşməsinə yönəlik çağırış da əksini tapır: “Sizləri QAQB ətrafında birləşərək ulu yurdumuza sahib çıxana, doğma yerlərə qayıdışımıza nail olana, pozulmuş haqlarımızı bərpa edənə qədər mübarizəyə səsləyirik. QAQB-ni müdafiə edin, qərarlarını dəstəkləyin, təşkilata üzv yazılın. İnanın ki, inşaallah biz hökmən ulu yurdlarımıza sahib oub doğma ocaqlara qayıdacağıq!” Cavid TURAN musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar