SON XƏBƏRLƏR

Ermənilər işğal etdikləri ərazilərdə 800- dək məscid dağıdıblar

2021.10.20, 07:36
Ermənilər işğal etdikləri ərazilərdə 800- dək məscid dağıdıblar

Gunaz.tv
Ermənilər işğal etdikləri ərazilərdə 800- dək məscid dağıdıblar Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında 800-dək məscid dağıdıblar. «Bu olduqca dəhşətli bir haldır və vəhşilikdir», - bunu çərşənbə günü Milli Məclisin İnsan hüquqları daimi komissiyasınını sədri Rəbiyyət Aslanova Bakıda səfərdə olan Los-Anceles tolerantlıq muzeyinin rəhbəri Abraham Kuperin rəhbərlik etdiyi nümayəndə heyyəti ilə görüşdə deyib. Aslanova vurğulayıb ki, ermənilər azərbaycanlara məxsus qəbirisanlıqları da dağıdıblar. «Buna baxmayaraq, Azərbaycanda erməni kilsəsi qorunub saxlanılır. Biz, ermənilərdən fərqli olaraq, varvar deyilik», - deyən Aslanova vurğulayıb ki, vaxtilə ermənilər Azərbaycanda digər dini konfessiyalar kimi yaşayıblar. «Ermənilər azərbaycanda yaradılmış tolerantlıqdan başqa məqsədlər üçün istifadə etdilər. Dağlıq Qarbağ münaqişəsinin bu həddə çatması erməni şovinizm siyasətinin nəticəsidir», - deyən Aslanova əlavə edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir. Kuper isə bildirib ki, bir çox xalqlar və dünya ölkələri Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumata malik deyillər. «Mən Bakıda ermənilərin məscidləri dağıtması barədə məlumat eşidəndə dəhşətə gəldim», - deyən qonaq vurğulayıb ki, o, Azərbaycan nümayəndə heyətini ABŞ - a səfərə dəvət edib. Kuperin sözlərinə görə, səfər zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün müəyyən görüşlər keçirilə bilər. «Biz bu səfərin baş tutmasında maraqlıyıq», - deyə qonaq bildirib. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar