Ermənilər Netanyahunun Bakı səfəri ilə bağlı İranı qızışdırır

2016-12-16 14:18

GünAz TV: İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfər etməsi ən çox İran və Ermənistanda qıcıq yaradıb.

 

İranın bu məsələdə təpkisi başa düşüləndir. İslam ölkəsi özünü İsrailin düşməni hesab edir və onunla yaxın münasibətlər quran istənilən dövlətə qarşı sərt münasibət göstərir.

 

Ermənistanın isə dərdi İsraillə Azərbaycanın hərbi-siyasi, habelə iqtisadi sahədə əməkdaşlığıdır.

Lakin erməni yazarları bu məsələ ilə bağlı İsrailin üzərinə getməyə ürək etmirlər.

 

Onlar indi əsasən Netanyahunun səfərindən sonra İran-Azərbaycan münasibətlərinin gələcəyi üzərində “kökləniblər”.

 

Musavat.com son gəlişmələrlə bağlı Ermənistan mətbuatına istinadən erməni ekspertlərinin fikirlərini oxuculara təqdim edir.

 

Ermənistanın iranşünas alimi Vardan Voskanyan Benyamin Netanyahunun Bakı səfərinə təhlil edərkən deyib ki, bu səfər İran tərəfdə böyük rezonansa səbəb olacaq.

 

Voskanyan səfərin həm İranın dini təbəqələrində, həm də siyasi elitasında, o cümlədən ictimai sektorunda sərt təpkilərə yol açdığını bildirib.

 

“Lakin İranın fəaliyyət stilini nəzər alsaq, deyə bilərik ki,  bununla bağlı atılacaq addımlar qısamüddətli diapazonda deyil, uzaq perspektivdə nəzərdə tutulacaq”,- iranşünas qeyd edib.

 

Vardan Voskanyan bir çox İran xadiminin Azərbaycan rəhbərliyini İsraillə əməkdaşlıq perspektivlərini yenidən gözdən keçirməsi üçün təhdid etdiyini bildirib.

“Fikrimcə, bu məsələ Azərbaycan tərəfindən ciddi təhdid olaraq qəbul edilməlidir. Çünki Azərbaycan Ermənistanın təcrid vəziyyətə qalması üçün İranla əməkdaşlığa olduqca böyük ümidlər bəsləyir. Faktiki olaraq İran tərəfi Aəzrbaycanla əməkdaşlığını iflasa uğradığını anladı”, -Voskanyan qeyd edib.

 

Erməni ekspert Azərbaycanın İrana vəd etdiyi bir sıra layihələri, xüsusilə dəmir yolu proqramı ilə verdiyi sözləri yerinə yetirmədiyini iddia edib.

 

Voskanyan Netanyahunun İlham Əliyevlə görüşdə İrana qarşı fəaliyyət proqramının da müzakirə edildiyinə şübhə etmədiyini söyləyib.

“Aydın məsələdir ki, İsrail baş nazirinin Bakıya səfərində anti-İran fəaliyyət də müzakirə mövzusu olub. Lakin iranlılar müdrik və təcrübəli xalqdır. Onlar Azərbaycan-İsrail əməkdaşlığının hansı təhdidləri özündə birləşdirdiyini yaxşı başa düşürlər”.

Voskanyan İsrailin Azərbaycana hərbi-texniki sahədə yardım göstərdiyini xatırladaraq bu silahların əslində İrana qarşı çevrildiyini deyib. “İsrail silahları həm Ermənistana, həm də İrana qarşı istifadə olunduğu üçün bu təhlükə hər ikimizi də narahat etməlidir”, - erməni şərqşünası qeyd edib.

 

Ermənistanın digər eksperti, şərqşünas Armen İsraelyan isə İran Məclisinin sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Hüseyn Əmir Abdullahianın məsələ ilə bağlı fikirlərini çatdırıb.

 

Məqalə müəllifi Abdullahianın uzun illər boyu İran xarici işlər nazirinin Afrika və ərəb ölkələri üzrə müavini olduğuna diqqət çəkib.

Onun yazdığına görə, Abdullahian Netanyahunun Bakı səfərinin  regionda yeni təxribatlara yol açacağını söyləyib.

 

Armen İsraelyan Abdullahianın bu fikrindən Azərbaycanın İsraildən aldığı silahların İrana qarşı istifadə edilə biləcəyi nəticəsini çıxarıb.

“Aprel ayında  Qarabağ zonasındakı hərbi əməliyyatlarda İsrail silahlarından istifadə edildikdən sonra bu silahların bir gün İrana qarsı çevriləcəyi üçün Tehranın əlində kifayət qədər əsası var”, - deyərək müəllif  Voskanyanın absurd, həmçinin məkrli fikrini təkrarlayıb.

 

İsraelyan İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayinin də fikirlərini  məqaləsində qeyd edib.

Onun yazdığına görə, Möhsün Pakayin İranın “Təsnim” informasiya agentliyinə verdiyi müsahibədə bildirib ki,  Tehran baş nazir Netanyahunun səfərinə Azərbaycan tərəfindən razılıq verməsini gözləmirmiş. 

“İran tərəfinin Azərbaycanın bu məsələ ilə bağlı verdiyi vədini ciddiyə alacağını söyləmək avamlıq olardı. Sadəcə Tehran Bakının Azərbaycan-İsrail əməkdaşlığının perspektivi ilə bağlı İranla əldə etdiyi razılığı pozduğuna işarə vurmaq istəyir”, - məqalədə Pakayindən gətirilən sitatda deyilir. (Musavat.com)

 

N.S

 

  

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ermənistanın Baş Prokurorluğu qarşısında toqquşmalar olub, saxlanılanlar var

2021-04-22

gun az article

Mikayıl Cabbarov: “Azərbaycan İsraildə turizm və ticarət bürosu açmağı planlaşdırır”

2021-04-22

gun az article

Azərbaycanda daha 2610 nəfər COVID-19-dan sağalıb, 39 nəfər vəfat edib

2021-04-22

gun az article

Fransalı hüquqşünaslar Gəncəyə səfər edib

2021-04-22

gun az article

Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq

2021-04-22

gun az article

DİN kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib

2021-04-22

gun az article

Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə qayıtdı

2021-04-22

gun az article

Rusiya ordusunu Ukrayna sərhədlərindən geri çəkir: Şoyqu təlimlərin bitdiyini açıqladı

2021-04-22

gun az article

Cəbrayılın Şahvələdli kəndi - VİDEO

2021-04-22

gun az article

Abbas Axundi: “Sanksiyalardan yayınmaq üçün 400 milyard dollar xətcləmşik”

2021-04-22

gun az article

Fransalı hüquqşünas Ağdamda açıqlama verib: “Avropalılar bura gəlib, hər şeyi öz gözü ilə görməlidir”

2021-04-22

gun az article

Akar: “Azərbaycan və Ermənistan arasında atəşkəs yeni bir səhifənin açılması üçün fürsətdir”

2021-04-22

gun az article

İranda COVİD-19-dan daha 453 nəfər vəfat edib: Virus qurbanlarının sayı 68 min nəfəri keçib – RƏSMİ STATİSTİKA

2021-04-22

gun az article

Mərivanda kürdlərlə silahlı qarşıdurma: 2 “Sepah”çı öldürüldü

2021-04-22

gun az article

İsrail səfirinin müavini Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

2021-04-22

gun az article

Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub

2021-04-22

gun az article

“Yeni klinika”nın direktoru həbs edildi

2021-04-22

gun az article

Qarabağda ölən erməni hərbçilərə təzminat verilir - Rəsmi ölü sayı 4 mini keçib

2021-04-22

gun az article

MAQATE: “İran Nətənz təsisatında inkişaf etdirilmiş əlavə sentrifuqalar quraşdırıb”

2021-04-22

gun az article

“İranın bu hərəkəti islam həmrəyliyi ilə bir araya sığmır”-Baş redaktor

2021-04-22