SON XƏBƏRLƏR

Ermənilər özlərinə inanırlarsa, Bostondakı daşnak arxivlərini açsınlar

2021.10.20, 07:36
Ermənilər özlərinə inanırlarsa, Bostondakı daşnak arxivlərini açsınlar

Gunaz.tv
“Ermənilər özlərinə inanırlarsa, Bostondakı daşnak arxivlərini açsınlar” image.php?img=6915 Uydurma “erməni soyqırımı” iddialarına dair dövlət siyasətinin formalaşdığı əsas mərkəz olan Türk Tarix Qurumunun sədri, professor Yusuf Halaçoğlunun APA-nın Türkiyə bürosuna müsahibəsi - “Hürriyet” qəzetinin 20 may tarixli sayında Bostondakı daşnak arxivlərinin açılması üçün ermənilərə 20 milyon dollar verə biləcəyinizi demisiniz. Bu açıqlamanıza səbəb nədir? - Bilirsiniz ki, o vaxt Anadoluda fəaliyyət göstərən əsas erməni təşkilatı Daşnak Partiyası idi. Ona görə də daşnak arxivlərinin açılması, hadisələrin bütün mahiyyətinin meydana çıxması deməkdir. İndiyə qədər ermənilər arxivləri açıb sənədləri araşdırmaq üçün maddi imkanlarının olmadığını deyirdilər. Biz də maddi cəhətdən onları dəstəkləyə biləcəyimizi söylədik. Bir şərtlə ki, arxivlər bizim nəzarətimiz altında açılacaq və materiallar gözümüzün qabağında təsnif ediləcək. Ancaq ermənilərin bunu qəbul etməsi qətiyyən mümkün deyil. çünki belə bir hadisənin olmadığını onlar da çox yaxşı bilir və bundan istifadə etməyə çalışırlar. Bunun qarşısını almaq üçün mən bu təklifi irəli sürdüm. - Daşnaklar Anadoludan sonra terror dalğasını Azərbaycana yayıblar. 1918-ci ilin 31 martında daşnakların Bakıda soyqırım törətdiyi hamıya məlumdur. Sizce Bostondakı arxivdə bunlarla da bağlı materiallar varmı? - Böyük ehtimalla var. Daşnaklar öz arxiv materiallarını niyə Amerikaya - Bostona aparıblar? Halbuki Ermənistan Respublikası yaradılmışdı, oraya apara bilərdilər. 1923-cü ilə qədərki erməni arxivləri hələ də açılmayıb. Bu arxivləri Rusiyaya da apara bilərdilər. Osmanlı arxivlərinin qapalı olmasına dair yalanlar uyduran dövlətlər ağıllarını başlarına toplamalıdırlar. Osmanlı arxivlərinin açıq, erməni arxivlərinin isə qapalı olduğunu artıq hamı bilməlidir. - 2005-ci il mayın 8-də baş nazir Rəcəb Tayyib Ərdoğanın bu barədə Köçəryana yazdığı məktuba müsbət cavab verilmədi. - Məktuba cavab verməməsinin səbəbini bilirsiniz. Onlar bizimlə nəyi müzakirə edəcəklər? Hansı sənədləri ortaya qoyacaqlar? Əgər özlərinə bu qədər inanırlarsa, daşnak arxivlərini açıb müzakirəyə başlasınlar. - Başqa bir təşəbbüsünüz - Vyana platforması çərçivəsindəki müzakirələr də ermənilərin birtərəfli iddialarına görə nəticəsiz bitdi. - Ermənilər yalnız saxta “soyqırım” iddialarını bizim qəbul etməyimizdən sonra müzakirə apara biləcəklərini dedilər. Biz qəbul etdikdən sonra nəyi müzakirə edəcəkdik ki?! www.tezadlar.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar