Ermənilər Qarabağa qayıtmaq istəmirlər – ARAŞDIRMA

2021-03-03 09:06

Ötən ilin payızında İkinci Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətdən sonra bir vaxtlar azərbaycanlı qonşularını fəal şəkildə qovan Qarabağ erməniləri indi özləri qaçqın vəziyyətinə düşüblər.

Gunaz.tv Quote | Gunaz article

Modern.az-ın məlumatına görə, BMT-nin (UNHCR) sifarişi ilə aparılmış 22 yanvar 2021-ci il tarixli araşdırmaya görə, “qaçqına bənzər vəziyyətdə” (refugee like situation) olan erməni ailələrinin 85%-dən çoxu indiki yaşayış yerlərini tərk etmək istəmirlər. Qalan 15%-ə gəldikdə isə onlar ya Dağlıq Qarabağın böyük şəhərlərinə (Xankəndi, Xocavənd) qayıtmağı, ya da Ermənistanın böyük şəhərlərinə köçməyi planlaşdırırlar.

 
Araşdırmanın nəticələrinə görə, erməni qaçqınlarının 60%-i üçün əsas qida mənbəyi ərzaq məhsullarının birbaşa paylanmasıdır. Qaçqın erməni uşaqlarının təqribən 43%-i, həmçinin onları qəbul edən ailələrin 40%-i müharibədən sonra təhsil almaq imkanından məhrum olub.

 
Qaçqınların 73%-dən çoxu, eləcə də ev sahiblərinin 49%-i münaqişənin qidalanma imkanlarını azaltdığını söyləyib. Qaçqın ailələrin təxminən 14%-i və ev sahibi ailələrin 11%-i həftədə ən azı bir dəfə ərzaq ala bilmir. Nəticədə onlar qida rasionlarını azaltmağa, pəhriz saxlamağa məcbur qalırlar.

 
Xatırladaq ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təqdim etdiyi rəsmi statistikaya görə, 2021-ci il noyabrın 10-da imzalanan üçtərəfli razılaşmadan sonra 50 mindən çox erməni bölgəyə qayıdıb. Mütəxəssislər bu rəqəmin real vəziyyəti əks etdirmədiyini bildirirlər.

 
Belə ki, bir çox ermənilər yalnız vacib əşyalarını götürmək və yenidən Ermənistana qayıtmaq üçün geri dönürlər. Bunu 20 yanvar 2021-ci ildə BMT-nin sifarişi ilə həyata keçirilmiş digər bir araşdırma da təsdiqləyir. Orada qeyd olunur ki, Ermənistan Miqrasiya Xidmətinin rəsmi məlumatlarına görə, Dağlıq Qarabağdan ölkəyə təxminən 91 min qaçqın gəlib. Müxtəlif hesablamalara görə, onlardan yalnız 20 mini Dağlıq Qarabağa qayıdıb. Sorğuda iştirak edənlərin təxminən 70%-i ən azı yaxın aylarda bölgəyə qayıtmağı düşünmədiklərini qeyd ediblər.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qabi Aşkenazi: “İranın nüvə silah əldə etməsinin qarşısını almaq çün əlimizdən gələn hər bir işi edəcəyik”

2021-04-17

gun az article

Ermənistanda son sutkada koronavirusa 870 yoluxma qeydə alınıb, 24 nəfər ölüb

2021-04-17

gun az article

Rusiyada Ukraynanın konsulu saxlanıldı

2021-04-17

gun az article

Ağdam – yer üzündən silinmiş şəhər-Səfər QEYDLƏRİ-FOTOLAR

2021-04-17

gun az article

Şoyqudan Qarabağda mina AÇIQLAMASI

2021-04-17

gun az article

Dövlət Departamenti Rusiyanın sanksiyalarına reaksiya verdi

2021-04-17

gun az article

ÜST rəhbəri: “Ölkələr arasında peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmirik”

2021-04-17

gun az article

Bayden: “İranla danışıqlar davam edir”

2021-04-17

gun az article

ABŞ-da polislə atışmada iki mülki şəxs ölüb

2021-04-17

gun az article

Səfir Giorgi Cancqava: “Naxçıvan dəhlizi regional inteqrasiyanı gücləndirəcək”

2021-04-16

gun az article

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi XİN-ə çağırıldı

2021-04-16

gun az article

ABŞ-ın 8 məmurunun Rusiyaya girişinə qadağa qoyulub

2021-04-16

gun az article

Putinin 2020-ci ildə əldə etdiyi qazancı açıqlanıb

2021-04-16

gun az article

Ərdoğan və NATO Baş katibi Ukrayna-Rusiya gərginliyini müzakirə ediblər

2021-04-16

gun az article

Azərbaycanda son sutkada COVID-19-dan sağalanlar yoluxanlardan çox olub

2021-04-16

gun az article

Rusiya DİN MDB ölkələrinə ultimatum verdi

2021-04-16

gun az article

Angela Merkelə "AstraZenca" vaksini vurulub

2021-04-16

gun az article

Azərbaycandan deportasiya edilən əcnəbilərin sayı açıqlanıb

2021-04-16

gun az article

Əli Əkbər Salehi: “Hər saatda 60 faiz zənginləşdirilmiş 9 qram uran istehsal edirik”

2021-04-16

gun az article

Belaruslu politoloq: "Minsk qrupunun mexanizmləri işləmir"

2021-04-16