SON XƏBƏRLƏR

Ermənilərin Azərbaycana yerləşdirilməsi

2021.10.20, 07:36
Ermənilərin Azərbaycana yerləşdirilməsi

Gunaz.tv
Ermənilərin Azərbaycana yerləşdirilməsi Ermənilərin Azərbaycan ərazilərinə yerləşdirilməsi - Səfəvi dövlətinin zəifləməsindən istifadə edən I Pyotorun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilyan, Mazandaran və Goran ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində «beşinci qüvvə» rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: «Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər.…..onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz həmiçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalamayacaqlar.» Rus imperiyasının hakim dairələri Cənubi Qafqazda yeritdikləri müstəmləkə siyasətində ermənilərə çox bel bağlayırdılar. Amerika alimi Castin Makkartinin yazılarında Cənubi Qafqazda, daha doğrusu Azərbaycanda erməni kaloniyalarının yaradılması haqqında bunları demişdir: «1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyirinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş, və dəqiq məlum olmayan sayda insan isə qətlə yetirişmişdir….Ruslar iki dəfə 1828 və 1854-cü illərdə Şərqi Anadoluya hücum etmiş, lakin hər iki halda geri çəkilməyə məcbur olmuşlar. Geri çəkilərkən onlar özləri ilə 100000 etmənini də Qafqaza gətirmiş və yurdlarından qovulmuş və məhv edilmiş türklərin (azərbaycanlıların) yerlərində yerləşdirmişdilər.» 1877-1878-ci illər müharibəsində, ruslar Qars–Ardağan vilayətini zəbt etmiş, müsəlmanları qovaraq onların yerində 70000 erməni məskunlaşdırmışdılar…….1895-1896-cı illərin hadisələrində isə təxminən 60000 erməni Qafqazda məskun edilmişdir…..birinci dünya müharibəsi illərində miqrasiya balanslı şəkildə davam etmiş, Şərqi Anadoludan olan 400000 erməni Qafqazın 400000 müsəlman əhalisinə dəyişdirilmişdir. Amerika akademikinin göstərdiyi rəqəmlərə görə, 1828 və 1920-ci illər arasında Azərbaycana 560000 erməni köçürülmüşdür. Bununla da Şərqi Qafqazın ruslar tərəfindən işğalı nəticəsində Azərbaycan torpaqlarında - Araks çayının şimalında erməni əhalisi sürətlə artmağa başladı. Bununla bağlı diqqətə layiq bir fakt da Z. Balayanın özü etiraf etmişdir: «Onun (Yerevanın) əhalisi başqa yerlərdən gəlmələrdir. Əslində həqiqi Yerevanlı yoxdur». Akademik A. İ. İonisian yazır ki, «Yerevan şəhərinin əhalisinin yalnız dörddə biri ermənilərdir, azərbaycanlılar burada mütləq üstünlüq təşkil edir». Rus imperatoru I Nikolayın 21 mart 1828-ci ildə verdiyi fərmanına görə Azərbaycanın Naxçıvan və İrəvan xanlığı ləğv olunmuş, onların yerində rus hakimləri tərəfindən idarə olunan «Erməni mahalı» adlanan yeni inzibati qurum yaradılmışdır. 1849-cu ildə bu mahalın adı dəyişdirilərək Yerevan Quberniyası qoyulmuşdur. Ərazilərinin gunişləndirilməsi məqsədini güdən ermənilər 1836-cı ildə Rusların köməyi ilə Azərbaycanda o zaman fəaliyyət göstərən Alban Patriarxat kilsəsinin ləğv olunmasına və onun mülklərinin erməni kilsəsinə verilməsinə nail oldular. Bir qədər sonra keçmiş Alban dövlətinin qərb əraziləri daha dəqiq desək Qarabağ regionu ermənilərin XIX əsrdə davam edən sıx məskunlaşması nəticəsində dövlətçiliyini və dini müstəqilliyini itirdi və həmin yerlərin əhalisinin Qreqorianlaşdırılması yəni erməniləşdirilməsı prosesi başlandı. Bu açıq həqiqət hələ XIX əsdrə bəlli idi. Məşhur rus tarixçisi V. L. Veliçko yazırdı: «Səhvən erməni adlandırılan, əslində isə erməni-qreqorian təriqətini qəbul edən və yalnız üç-dörd əsr əvvəl erməniləşmə prosesinə qədəm qoyan əhali müstəsnalıq təşkil edirdi». Bunu erməni müəllifi B. İşxanyan da təsdiq edərək yazırdı: «Dağlıq Qarabağda məskunlaşmış ermənilərin bir qismi yerli olub qədim Alban xalqının nəsilləri, bir qismi isə Türkiyə və İrandan qaçmış və Azərbaycan torpaqlarında təqib və təzyiqlərdən sığınacaq tapmış erməni əhalisidir». Ermənilərin cənubi Qafqazda ərazi iddialarıının ideoloji əsası 1885-ci il Fransada yaranmış «Armenakan», 1887-ci ildə Cenevrədə yaradılan «Qnçaq» və 1890-cı ildə Tiflisdə əsası qoyulan «Daşnaksütyun» millətçi partiyalarınin fəaliyyəti ilə bağlı olmuşdur. Bu partiyalar Osmanlı İmperiyası və İrandan qaçmış ermənilərin yaşadığı əraziləri birləşdirmək üçün bütün vasitələrdən, ən əsası isə qiyam və terror aktlarından geniş istifadə etməyi qarşılarına məqsəd qoymuşdular. «Qnçaq» partiyasının proqrammı xüsusilə bu fikri ifadə edirdi: «Bütün şəraitlərdə turkləri və kürdəlri məhv etmək, və öz xalqının rifahına xəyanət etmiş ermənilərə aman verməyərək onlardan qisas almaq». «Daşnaksütyun» nasist tipli partiya olub, Almaniya Milli Sosialist Partiyasının ideologiyasını onlardan hələ 30 il əvvəl formalaşdırmış və proqramları bu sözlərdən ibarət idi: «Daşnaksütyun partiyasının məqsədi bunlardır: 1) silahlı qiyam, 2) yalnız ermənilər arasında yox bütün xalqlar arasında inqilabi fikrin formalaşması üçün intensiv iş görmək, 3) ermənilərin silahlanması və təşkilatlanması, 4) hökümət adamlarına və idarələrinə qarşı terror və onların məhv edilməsi». «Bu məqsədə nail olmaq üçün hər şeyə icazə verilir; propaqanda, terror, azğın partizan müharibələri». Daşnaksütyun patiyasının fəaliyyətini ardıcıllıqla izləyən gürcü yazıçısı Karibi 1919-cu ildə ağrı hissilə yazırdı: «Daşnaklar gələrkən özləri ilə Milli nifrət toxumu gətirdilər. Və deməliyəm ki, belə bir toxumlar səpilmiş torpaq üzərində erməni – müsəlman qan davası, və erməni və gürcü müharibəsindən başqa bir şey bitə bilməzdi». «Bu elə bir təşkilat idi ki, Rusiya imperiyasının hakim dairələri ilə birlikdə Qafqazda inqilabi və milli azadlıq hərəkatını boğmağa çalışmışdı. Bunun nəticəsi olaraq 1905-ci ildə ilk Erməni – Azərbaycan qarşıdurması baş vermişdir. 1907 və 1912-ci illər ərzində Osmanlı İmperiyası ərazilərindən və İrandan təqribən yarım milyon erməni Qars, Yerevan və Yelizavetpol qəzalarına köçürüldü. Bölgədə etnik qarşıdurmaları alovlandıraraq hegemonluğu əlinə almaq məqsədi güdən Rusiya höküməti əhalinin bu axınına susaraq dəstək verdi». qaynaq:www.wikipedia.org

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar