SON XƏBƏRLƏR

Ermənilərin ekoloji terror fəaliyyəti Ağstafaçay su anbarında təhlükəli vəziyyət yaranıb

2021.10.20, 07:36
Ermənilərin ekoloji terror fəaliyyəti Ağstafaçay su anbarında təhlükəli vəziyyət yaranıb

Gunaz.tv
Ermənilərin ekoloji terror fəaliyyəti Ağstafaçay su anbarında təhlükəli vəziyyət yaranıb Ermənistanın Azərbaycana qarşı ekoloji təcavüzü davam edir. APA-nın Qərb bürosunun məlumatına görə, Qazax rayonun Cəfərli kəndi ərazisində yerləşən Ağstafaçay su anbarında təhlükəli vəziyyət yaranıb. Anbara toplanan suyun mənbəyi Ermənistan ərazisində olduğundan, düşmən sənaye müəssisələrinin tullantılarını çaylar vasitəsilə Ağstafaçay su dəryaçasına axıdır. Cəfərli kənd sakinlərinin APA-nın qərb bürosuna verdiyi məlumata görə, ermənilər son vaxtlar Qazax rayonunun Cəfərli kəndindəki Ağstafaçay su anbarına daha çox tullantılar axıdırlar. İcevan rayonu ərazisində yerləşən bentonit-gil zavodu, tütün fermentasiya zavodu, xalçaçılıq kombinatı və Dilican şəhərində fəaliyyət göstərən hərbi zavodun tullantıları Azərbaycan ərazisinə daxil olan çaylar vasitəsilə sözügedən anbara axıdılır. Bundan başqa İcevan rayonunun kanalizasiya suları da anbara tökülür. Cəfərli kənd sakinləri artıq anbarın suyundan istifadə edə bilmədiklərini vurğulayırlar. Gölün suyundan dəfələrlə nümunələr götürülərək yoxlamaq üçün paytaxta göndərilib. Anbarın suyu xəstəlik törətsə də, Qazax rayonunun əhalisi ondan içməli su kimi istifadə etmək məcburiyyətindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar