"Ermənilərin soyqırım iddialarının heç bir əsası yoxdur"-Millət vəkili Musa Qasımlı

2021-04-21 12:24

Dünya ölkələrində yaşayan ermənilər qondarma soyqırımla bağlı anım tədbirlərinə başlayıb. Hər il olduğu kimi bu il də 1915-ci ildə baş vermiş hadisələrlə bağlı əsassız iddialar ortaya atılacaq. 

Gunaz.tv Quote | Gunaz article

Bir sıra ekspertlər hesab edir ki, ermənilərə qarşı informasiya müharibəsində daha effektli mübarizə aparmaq üçün Cənubi Qafqaz, Türkiyənin şərqi və Güney Azərbaycanda türk-müsəlman xalqlarına qarşı törədilmiş soyqırım faktları yenidən araşdırılmalı, erməni vəhşilikləri ilə bağlı həqiqətlər üzə çıxarılmalıdır. 

 

Bu barədə Güney Azərbaycan Televiziyasının (Günaz.TV) sahibi Əhməd Obalı təşəbbüslə çıxış edib. Onun fikrincə, ermənilər havadarlarının köməyi ilə 1905-1918-ci illərdə Quzey və Güney Azərbaycanda, Türkiyənin şərqində türk-müsəlman xalqlarına, yəhudilərə qarşı amansız qırğınlar törədiblər. 

Əhməd Obalı: "ABŞ prezidenti azərbaycanlı görən kimi deyirdi ki..." -  MÜSAHİBƏ

O hadisələr zaman 700 minə yaxın insan qətlə yetirilib. Əhməd Obalı təklif edib ki, Azərbaycan, Türkiyə və digər ölkələrin alimlərinin iştirakı ilə birgə beynəlxalq simpozium keçirilsin, arxiv materialları araşdırılsın və azərbaycanlıların soyqırımı ilə bağlı real rəqəmlər üzə çıxarılsın.

 

Əhməd Obalı hesab edir ki, Azərbaycanda və Türkiyədə yeni soyqırım Memorial Komleksi yaradılmalı və bu, rəsmi ziyarət protokoluna daxil edilməlidir. 

Milli Məclisin üzvü, tarix elmləri doktoru Musa Qasımlı Günaz.TV-yə açıqlamasında deyib ki, ermənilərin qondarma soyqırım iddialarının heç bir əsası yoxdur:  

Musa Qasımlı: Bir gündə 650 min ağac əkilməsi ekologiyaya böyük töhfə  olacaq » Kaspi.azAzərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

“Ermənilərin söylədikləri soyqırımı deyilən bir şeyin heç bir tarixi faktoloji əsası yoxdur. Başdan-başa uydurmadır və yalnız siyasi məqsədlərə xidmət edir. 

 

Erməni silahlı dəstələri soyqırımları, kütləvi qırğınları ilk növbədə Şərqi Anadoluda, Rus-Qafqaz cəbhəsi dağıldıqdan sonra Cənubi Qafqazda, İrəvan quberniyası, Tiflis quberniyasının Borçalı qəzası, Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində törədiblər. Ermənilərin söylədikləri xəyal və uydurmalardır. 

 

Böyük dövlətlər tərəfindən siyasi məqsədlərinə nail olmaq üçün irəli sürülür. Bununla əlaqədar ölkəmizdə xeyli işlər görülüb. Şərqi Anadoluda ermənilərin törətdiyi qırğınlarla bağlı Türkiyədə tədqiqatlar aparılıb, sənədlər toplusu, dəyəlri əsərlər nəşr etdirilib. 

 

Güney Azərbaycanda törədilən qırğınlarla bağlı dissertasiya işi yazılıb. Onlardan birinin elmi rəhbəri mən olmuşam. Cənubi Qafqazda da törədilən qırğınlar da kifayət qədər araşdırılıb”. 

Millət vəkili bildirib ki, soyqırım qurbanlarının xatirəsinə abidə kompleksinin yaradılması vacibdir:

 

“Hesab edirəm ki, türk-müsəlman xalqlarına, azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının xatirə kompleksinin və soyqırım muzeyinin yaradılması faydalı olar. Çünki millətimiz həm tarixi gerçəklikləri bilər, həm də ondan ibrət dərsi alar və buraxılan səhvlər təkrarlanmaz”.

 

Ayxan Turan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Dmanisiyə əlavə polis qüvvələri yeridilib - Gürcüstanın DİN rəhbəri

2021-05-17

gun az article

Sülhməramlılar 80 ermənini Amarasa apardı

2021-05-17

gun az article

İşçi qrupunun rəhbəri: “Dmanisidəki insidentdə heç bir etnik amildən söhbət gedə bilməz”

2021-05-17

gun az article

Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət edib

2021-05-17

gun az article

28 gürcünü ölümdən xilas etmiş Rahib Məmmədovun qardaşı: "Dmanisi sakinlərini təxribata getməməyə səsləyirəm"

2021-05-17

gun az article

Naxçıvan Qarnizonunda növbəti komanda-qərargah təlimi başlayıb-FOTOLAR

2021-05-17

gun az article

ABŞ dövlət katibi və Fransa XİN başçısı Qarabağı müzakirə edib

2021-05-17

gun az article

Azərbaycanda daha 515 nəfər COVID-19-dan sağalıb, 426 nəfər yoluxub

2021-05-17

gun az article

Dövlət Komitəsi Gürcüstan azərbaycanlılarına çağırış edib

2021-05-17

gun az article

Səid Xətibzadə: “İlkin razılaşma deyilən bir şey yoxdur”

2021-05-17

gun az article

Şamil Ayrım: "Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir"

2021-05-17

gun az article

Fələstinlilər narahatdır: İranın fitnəkarlığı atəşkəsi poza bilər

2021-05-17

gun az article

Səudiyyə Ərəbistanı İrana və başqa 12 ölkəyə səfər qadağasını uzatdı

2021-05-17

gun az article

Gürcüstanın DİN başçısı və DTX-nın rəisi Dmanisiyə gəlib: "Məsələnin etnik olduğunu deyənlər düşmənlərdir"

2021-05-17

gun az article

İranlı kinorejissor Babək Xürrəmdin qətlə yetirilib - YENİLƏNİB

2021-05-17

gun az article

Gürcüstanda yerli azərbaycanlılara kütləvi hücum: Xəsarət alanlar var-FOTO, VİDEO

2021-05-17

gun az article

Paşinyan bu dəfə Qırğızıstandan DƏSTƏK İSTƏDİ

2021-05-17

gun az article

Əli Əkbər Vilayəti: “Tezliklə Qüdsdə Xamneyinin imaməti ilə namaz qılacağıq”

2021-05-17

gun az article

Abbasəli Kədxudayi: “Sənədlərini təqdim etmiş yalnız 40 namizədin səlahiyyətinə baxılacaq”

2021-05-17

gun az article

İran Azərbaycanla sərhəd mübahisəsində Ermənistanı DƏSTƏKLƏDİ

2021-05-17