SON XƏBƏRLƏR

Ermənilərin törətdiyi cinayətlər

2021.10.20, 07:36
Ermənilərin törətdiyi cinayətlər

Gunaz.tv
Ermənilərin törətdiyi cinayətlər Mərkəzləşdirilmiş komissiya tərəfindən araşdırılmalıdır "Qarabağ müharibəsi başlayandan bir çox faciələr yaşamışıq. Bu gün müxtəlif rayonların işğal tarixlərində, yaşadığımız faciələrin ildönümlərində ayrı-ayrı tədbirlər keçirilməsi ilə kifayətlənirik. Amma bütün faciələrimizi, tarixi həqiqətləri araşdıran, bu işlə məşğul olan bir mərkəz yaradılsa, bu daha effektli olar". Bu fikirləri səsləndirən Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov bildirib ki, faciələrimizlə bağlı vahid, mərkəzləşdirilmiş bir komissiya yaradılarsa, bütün sənədlər toplanılıb orada ətraflı təhlil aparılarsa, bunun da nəticəsi olar. Təklifi irəli sürən birlik sədri bunun hadisələrin araşdırılıb həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar