SON XƏBƏRLƏR

Ermənilərin törətdiyi soyqırıma aid yeni sənəd tapılıb

2021.10.20, 07:36
Ermənilərin törətdiyi soyqırıma aid yeni sənəd tapılıb

Gunaz.tv
soyqirim-16iyun.jpg Ermənilərin törətdiyi soyqırıma aid yeni sənəd tapılıb Sənəddə erməni könüllülərinin irqçilik ideologiyası ilə müsəlmanları vəhşicəsinə məhv etdiyi bildirilir. Ermənilərin Osmanlı dövlətini tərk edərkən törətdikləri qətliama dair yeni sənəd tapılıb. Yeni sənəd Moskvanın hərbi dövlət arxivində saxlanılırmış. General-mayor Bolxovitinovun 11 dekabr 1915-ci ildə yazdığı raportdan ibarət sənəddə, erməni könüllülərinin irqçilik idealogiyası ilə müsəlman xalqı vəhşicəsinə məhvetdiyi bildirilir. Məlumatı Türkiyənin internethaber.com portalı yayıb. Məlumata görə, Daşnak partiyası rus çarına “Qafqaz cəbhəsində könüllü erməni dəstələrinin faliyyəti” başlıqlı məktub göndərib. Bu məktubdan iki ay sonra çara göndərilən hesabatda isə, məktubun siyasi məqsədli olduğu və bölgədə baş vermiş hadisələrin məsuliyyətinin birbaşa ermənilərə aid olduğu bildirilir. Rejissor Haluk Ölçekçinin hazırladığı “Cəhənnəm adası Nargin” adlı sənədli filmdə, baş vermiş Bakı qətliamının məsuliyyətinin həmçinin bəzi Avropa dövlətlərinə aid olduğu bildirilir. Bundan başqa general-mayorun hesabatında, “Bölgədə barıt çəlləyi 1915-ci ildən də əvvəl, 1890-cı ildə yandırılmışdı. Xüsusilə İngiltərə, Osmanlı ilə çar Rusiyası arasında hər hansı bir ittifaq qurularaq Orta Şərqdə yeni bir güc mərkəzinin meydana gəlməməsi üçün ölkənin Şərqindəki erməniləri ağır təhriklərlə hərəkətə gətirib. Bundan əvvəl türklər, kürdlər və ermənilər sülh şəraitində yaşayırdılar. Hətta bu yerdə yaşayan ermənilər türklərdən və kürdlərdən daha yaxşı şərtlərə sahib olublar” – yazıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar