SON XƏBƏRLƏR

Ermənilərin yeriməz yalanları, Hələki ayaq açıb yeriyir

2021.10.20, 07:36
Ermənilərin yeriməz yalanları, Hələki ayaq açıb yeriyir

Gunaz.tv
Ermənilərin yeriməz yalanları Hələki ayaq açıb yeriyir Saxtakarlıq ermənilərin qanındadır. Onlar Azərbaycanın tarixini, mədəniyyətini təhrif etməkdə ustadırlar.Ermənistanın çağdaş alimləri tarixi hadisələri saxtalaşdırır, tarixi şəxsiyyətlərimizi, hörmətli, ağıllı adamlarımızı da öz adlarına çıxırlar. Biz Azərbaycan tarixini saxtalaşdıran bir neçə köklü, prinsip mahiyyətli təhriflər haqqında danışacaq, onların həqiqətdən uzaq, faktlara və elmi dəlillərə əsaslanmayan konsepsiyalar olduğunu sübut etməyə çalışacağıq. Erməni saxtakarlığının kökü qədimdir. Əli qələm tutan ermənilər çalışıblar ki, yalanla, dolanla özlərinə tarix düzəltsinlər. Türk, Azərbaycan övladlarını, yurdlarını erməni övladı, yurdu kimi qələmə versinlər. Erməni üzdəniraq tarixçilərinin, yaxud tarix elmindən siyasi məqsədlə istifadə edən şəxslərin əsərlərinə diqqət yetirdikdə Azərbaycanın ta qədimdən indiyə qədər olan tarixini və xalqımızın yaratdığı zəngin maddi və mənəvi mədəniyyətini təhrif etdiklərinə, təhrif etməklə qalmayıb, seçib-seçmələyib, öz adlarına çıxdıqlarına rast gəlirik. XIX yüzil erməni saxtakarlarından olan Raffi "Xəmsə" adlı kitabında yazır: "Bir neçə yüz evi, əhalisi ermənilərdən ibarət olan Dığ kəndi erməni Məlik Qriqora mənsub idi.Bu kənddən bir nəfər sadə ermənini Şuşa qalasının divar tikintisinə götürmüşdülər. Onu o qədər işləməyə məcbur etdilər ki, müsəlmanlığı qəbul edib, Qasım adlandı. Bu Qasımın oğlu Rüstəm bəy Mehdi xanın evində eşikağası oldu və onun oğlu Əsəd bəy Mehdi xandan Dığ kəndini bəxşiş almışdı". Baxın, erməni yalanının, erməni riyakarlığının ən bariz nümunələrindən biri də budur. Türk köklü, Cavanşir elindən olan, Pənahəli xanın doğma qardaşı Behbudəli ağanın nəvəsi Rüstəm bəyi erməniləşdirib, tariximizə, tarixi şəxsiyyətlərimizə yiyə çıxmaq istəyirlər. Belə faktlar birdimi, beşdimi?.. *** Düzgün olmayan, tarixi saxtalaşdıran fikir və iddialara cavab vermək boyun borcumuz olduğundan bir sıra erməni müəlliflərinin cızmaqaralarını oxumalı olduq. Maraqlıdır ki, biz əgər bir tarixi məsələni işıqlandırdıqda onu qaynaqlar, mənbələr əsasında yazırıq. Oxşar, uyğün gələn tədqiqatlara söykənirik. Erməni tədqiqatçıları heç bir tarixi prinsiplərə əsaslanmadan, adi metodoloji qanunauyğunluqları bilmədən "dədəm mənə vur deyib" prinsipi ilə işləyirlər. David Babayan adlı bir erməni müəllifi "Politiçeskaə istoriə Karabaxskoqo xanstva v kontekste arüaxskoy diplomatii XVIII veka" adlı yazısında tez-tez "Arsax dövlətçiliyi" ilə bağlı fikir söyləyir, müddəa irəli sürür. Dar dünyagörüşü, məhdud biliyi ilə Qarabağ tarixinin nəzəri problemləri və xüsusi məsələlərinin həllində bir sıra kobud səhvlərə və qərəzli təhriflərə yol verir. David Babayan Məlik Şahnəzərin guya satqın olmadığını duruya çıxarıb, yazır: "Situaüiö ehe bolee zaputıvaet dostatoçno interesnoe pisğmo dizakskoqo melika Eqana Nadir-şaxu, datiruemoe 1742/43 qq., s prosğboy naznaçitğ Şaxnazara melikom Varandı vmesto poqibşeqo za samoqo Nadir-şaxa melika Quseyna (Xuseyna). Mecdu tem, melik Eqan polğzovalsə oqromnım avtoritetom sredi druqix melikov Xamsı i faktiçeski v to vremə bıl neformalğnım liderom Karabaxa. On predlaqal Şaxnazara vvidu toqo, çto tot imel sootvetstvuöhie sposobnosti dlə upravleniə melikstvom". Qondarma fakllarla tarix quraşdırmaq istəyən müəllifə bildirmək istəyirik ki, 1736-cı ildə ölən Məlik Hüseyni 1742-ci ilədək gorbagor etmək xoş bir şey deyil. Məlik Hüseyndən sonra Vərəndə mahalına məlik olan Məlik Mirzəbəy 1742-ci ildə Nadir şah Qırxlı-Avşar tərəfindən dara çəkildi. Məlik Mirzəbəydən sonra Vərəndə məliyi Məlik Həsən oldu. 1747-ci ildə Məlik Həsəni Məlik Şahnəzər öldürdü. Vərəndə mahalının tarixini doğru-dürüst bilməyən Qarabağ, Azərbaycan tarixi haqqında hərzə-hədyan söyləyir. Müəllif toxunduğu problemin heç birisini həll etməyə gücü çatmamış, sözbazlıqla "tarix" yaratmaq niyyətini güdmüşdür. Qərəzli niyyət adamı mənzilə çatdırmaz. Obyektiv həqiqəti təsbit edib, sübuta çalışmaq əvəzinə əlaməlik etməyə girişmişdir. Uydurmaların isə heç kimə faydası yoxdur. Hətta ermənilərə də. Azərbaycanın, türkün düşməni olan siyasət dəllallarının əlində tarix oyuncağa çevrilib. Nə yazırlarsa qərəz üstünlük təşkil edir. Tarixə obyektiv deyil, subyektiv, bu günün siyasi münasibətləri konteksindən yanaşılması müasir dövrdə bir sıra ciddi problemlərin yaranmasına səbəb olmuşdur. Bu problemlərin aradan qaldırılmaması üçün çağdaş tarixin, xüsusilə də yaxın keçmişin obyektiv öyrənilməsinə böyük ehtiyac var. Biz nə qədər tariximizi yaxşı bilsək, o qədər də ermənilərin yalanlarına cavab vermiş olacağıq. Cuvanyan necə Cavanşir oldu?! ümumirusiya Geneologiya Ağacı (Vserossiyskoe qenealoqiçeskoe drevo.htm) adlı saytda zadəgan kimi qeyd olunan Əsədovlar adlı bir erməni soyu var. Bu soyun nümayəndələri özlərini Dizaq cavanşirlərinin törəməsi hesab edirlər. Guya ki, onların babası Əsəd ağa Cavanşirdir. Əvvəlcə Mədət bəy və onun atası Əsəd ağa haqda bilgini nəzərdən keçirək. "ASADOV (DCEVANŞİR) MADATBEK ASADBEKOVİç (MATVEY ALEKSANDROVİç), kapitan, dvorənin, bek (ok.1870/72-1914). Predstavitelğ starinnoqo karabaxskoqo armənskoqo meliksko-knəceskoqo roda, veduheqo svoe proisxocdenie ot dizakskix i somxetskix melikov (knəzey). Odin iz sınovey krupnoqo pomehika Şuşinskoqo i Karəqinskoqo (Dcebrailğskoqo) uezdov Elisavetpolğskoy qubernii, potomstvennoqo dvorənina Asadbeka (Asad-Aqa) Asadova (Dcevanşira). Okonçil okolo 1886 qoda Şuşinskoe trexklassnoe qorodskoe uçilihe, zatem şkolu qvardeyskix podpraporhikov pri deystvuöhey voinskoy çasti odnoqo iz Kavkazskix armeyskix korpusov. V 1903 qodu - ştabs-kapitan. Uçastnik Russko-əponskoy voynı 1904-1905 qodov. V 1905 qodu vışel v zapas po semeynım obstoətelğstvam. Bıl naqracden razliçnımi ordenami i medaləmi, v tom çisle: ordenom sv.Stanislava 3 st., temno-bronzovoy medalğö "V pamətğ Rusko-əponskoy voynı 1904-1905 qodov" i serebrənoy medalğö "V pamətğ üarstvovaniə imperatora Aleksandra III". V 1914 qodu bıl otozvan iz zapasa i proizveden v kapitanı dlə vnutrenney slucbı v uezde. Bıl cenat na armənke Anuş Aqabekovne Oqanovoy (Eqanovoy) (1875-1975), ot kotoroy imel pəterıx detey: Nikolaə Madatbekoviça (Matveeviça) Asadova (1895-1980, umer v Baku), Astxik-xanum Madatbekovnu (Asö Matveevnu) Asadovu-Petrosən (1906-1972, umerla v Baku), Arama Madatbekoviça (Matveeviça) Asadova (1908-1943, umer v Leninqrade), Andronik Madatbekoviç (Andrey Matveeviç) Asadov (1909-1969, umer v Baku) i Ruben Madatbekoviç (Matveeviç) Asadov (1912-1974, umer vo Vladikavkaze)". *** Əsədovların bəyliyinin təsdiqi üçün Azərbaycan, Gürcüstan, Rusiya və başqa ölkələrin arxivlərinə baş vurduq. özündənbəy gədaların adına bir quruca sənəd, bəlgə, bilgi tapmaq üçün ora-bura çox ayaq döydük. Bəy komissiyalarının materiallarını birər-birər nəzərdən keçirdik. Kameral siyahılara göz atdıq. Nəhayət, bir bəlgə tapa bildik. Yeri gəlmişkən, siz də tanış olun. 1886-cı ildə Şuşa qəzasının Təğazır kəndində aparılan kameral siyahıdan çıxarış: 1.Əsəd Sadıqov Cuvanyan-65 yaş Arvadı-Təzəpol Oğulları-Sərkiscan-30 yaş (arvadı-Yasəmən, oğulları-Avak-10 yaş, Gəncənim-10 aylıq), Cuvan-27 yaş (arvadı-Naxuşa), hərbi xidmətlə bağlı Bakıya köçüb, 1890-cı ildə Palatanın 78 nömrəli qərarı ilə rəiyyətlikdən çıxarılıb, David- 23 yaş, Simon (əsl adı İsacandır)-20 yaş, 1901-ci ilin 23 fevralında Palatanın qərarı ilə rəiyyətliyə qaytarılıb. Mədət-16 yaş, şəhər məktəbində oxuyub. (Bax: MDTA, fond 43, siyahı 2, iş 7443, səh. 655). *** Hanı burda Cavanşir, hanı burda bəy, hanı burda ağa? 1870-ci ildə doğulan Mədət Əsəd oğlu, Sadığın nəvəsi, Cuvanın nəticəsidir. Şuşa şəhər məktəbini tamamlayandan sonra hərbi xidmətə çağırılmış, rütbə almış, rəiyyətlikdən çıxarılmışdı. Bu Əsəd ağanın saxtası. Gəlin əsli ilə tanış olaq. Əsəd bəy Nəcəfqulu bəy oğlu Cavanşir 1830-cu ildə Şuşa şəhərində dünyaya göz açmışdı. Mükəmməl savad almışdı. Rus və şərq dillərini bilirdi. çar ordusundə xidmət etmişdi. 1860-cı ilə bağlı bir qaynaqda poruçik, 1886-cı ilə bağlı qaynaqda isə ştabs-kapitan rütbəsində olduğu göstərilir. Xankəndi kəndində yerləşən alayda qulluq etimişdi. Kapitan rütbəsi ilə ordudan tərxis olmuşdu. Əsəd bəy böyük mülkədar idi. Cəbrayıl qəzasında İşıqlı, Haxulu kəndlərinin, Cavanşir qəzasında Xanxanımlı obasının yiyəsi idi. Əsəd bəy 1917-ci ildə Qaryagin qəzasının İşıqlı obasında vəfat edib. Son mənzili İşıqlı qəbristanlığındadır. Əsəd bəy Şərəfcahan bəyimlə ailə qurmuşdu. Mehrəli bəy, Mehdi bəy və Cavad bəy adlı oğulları vardı. Əsəd bəy Əsədulla bəyin nəvəsi, İbrahimxəlil xanın qardaşı Mehrəli xanın nəticəsidir. Təmiz türkqanlıdır. Erməni sadə əkinçi olan Əsədin nəvələri, tör-töküntüləri onun adını, soyadını, bəyliyini, mülkədarlığını oğurlayıblar. Gəlin onun tör-töküntülərini nəzərdən keçirək: АСА�"О� АН�"РЕЙ МАТ�ЕЕ�ИЧ (МА�"АТ�ЕКО�ИЧ). 1909-1969. Род. в сел. Тагасыр �"ъебраильского уезда Елисаветпольской губернии; умер в гор. �аку. Из старинной дворянской семьи, но в юности принял советскую власть. С 1941 г. - член КПСС. Образование - незаконченное высшее. Слуъил до войны моряком-краснофлотцем в Тихоокеанском флоте. � годы войны - старший серъант в зенитной батарее подразделения противовоздушной обороны на Северном Кавказе. После войны - на руководящей партийной и профсоюзной работе в �аку. �"ата бракосочетания: 5 декабря 1946 г. Ъена ПО�"ОСО�А ЛЮ�О�Ь ХАЧАТУРО�НА 1920-1995. �"ети: �"ЕОР�"ИЙ АН�"РЕЕ�ИЧ (1947 г. роъд., инъенер-энергетик, Москва), ЮРИЙ АН�"РЕЕ�ИЧ (1951 г. роъд., писатель, историк, Пятигорск). АСА�"О� ЮРИЙ АН�"РЕЕ�ИЧ 1951, 1 апреля, г. �аку. � 1974 году окончил филологический факультет Азербайдъанского университета. Член Союза ъурналистов СССР с 1978 года. Кандидат исторических наук. Ъ 1999 года по настоящее время работает руководителем научно-исследовательского некоммерческого Фонда "Ассоциация потомков армянских княъеских и дворянских родов и фамилий" в городе Пятигорске. Автор сборников стихов "Мотивы юъного города", (�аку: 1978), "Палитра ъизни" (Ставр.кн.изд.: 1990), "Предки с берегов Ишханагета" (Москва: "Интер-�есы",1992), романа "�ульварное кольцо для холостого студента" (М.: "Интер-�есы",1995), книг исторических очерков "�"ворянская история Пятигорска" (1996), "Родословные тайны армянских князей" (1997), "Армянские офицеры - на царской слуъбе" (1999), "Исфаганский род Лазаревых" (2000), "�"енеалогические очерки" (2000), "Поэты и писатели Кавминвод" (2000), "Маршал Франции Мюрат" (2001) (все - М.: "Интер-�есы"), "1000 офицерских имен в армянской истории" (Пятигорск: Фонд "АПАКи�"РиФ", 2004), "�"лавноначальствующие на Кавказе" (Пятигорск: "�екский �"ом", 2004) и некоторых других. (Март 2005). �"ата и место бракосочетания: 16.11.1973, г. �аку. *** Diqqətli oxucular bəlkə də Yuri Əsədovu tanıya bilərlər. Bakı doğumludur və Azərbaycan Yazıçılar İttifaqının üzvi idi. Bakıda yaşayanda şeirlə ilgilənirdi. Pyatiqorska köçəndən sonra hərzə-hədyandan ibarət tarixi romanlar yazmağa, soyşünaslıqla məşğul olmağa başladı. öncə özünə bir şəcərə quraşdırdı. Soy-kökünü Cavanşirlərə, Somxet məliklərinə caladı. Kitablarından biri də "Dizaq Cavanşirlərinin taleyi" adlanır. Başdan ayağa səfsəfə, sərsəmləmədir. *** Erməni saxtakarları bizim mədəniyyətimizə hərtərəfli və həryönlü əl atıblar. Musiqimizi, mətbəx mədəniyyətimizi özəlləşdirəndən sonra keçiblər soy-kökümüzə. Qədim, ulu nəsillərimizi öz adlarına çıxırlar. Cuvanyanı isə Cavanşir edəndən nə desən gözləmək olar. Ənvər çingizoğlu, etnoqraf http://www.tezadlar.az/index.php?type=xebergoster&id=5492

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar