SON XƏBƏRLƏR

Ermənipərəst deputat Türkiyəni ittiham etdi

2021.10.20, 07:36
Ermənipərəst deputat Türkiyəni ittiham etdi

Gunaz.tv
Ermənipərəst deputat Türkiyəni ittiham etdi abs1.jpg Hovard Berman: «Türkiyənin Ermənistanla sərhədləri bağlı saxlaması ABŞ-ın maraqlarına ziddir» ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində “Qafqaz: dondurulmuş konfliktlər və bağlı sərhədlər” başlığı altında dinləmələr keçirilib. APA-nın məlumatına görə, dinləmələri açıq elan edən komitənin rəhbəri, Kaliforniya ştatından olan ermənipərəst konqresmen Hovard Berman bildirib ki, Türkiyənin Ermənistanla sərhədləri bağlı saxlaması ABŞ-ın maraqlarına ziddir. Onun sözlərinə görə, iki ölkə arasında sərhədlərin bağlı olması 1922-ci il Qars müqaviləsinin bəndlərinə ziddir və rəsmi Irəvanın Iranın təsiri altında qalmasını sürətləndirir. Komitə sədri iki ölkə arasında sərhədlərin 1993-ci ildən etibarən bağlı saxlanmasının Qarabağ münaqişəsi ilə əlaqələndirilməsini də səhv addım adlandırıb. Qeyd edək ki, Hovard Berman Kaliforniyada təmsil olunan nüfuzlu erməni lobbisi ilə sıx əlaqələrə malikdir. Onun adı ermənilərlə bağlı qalmaqalların birində artıq səslənib. Belə ki, komitə rəhbəri 2001-ci ildə fırıldaqçılıq və terrorçuluq maddələri ilə həbs olunan, 37 ay həbs cəzasına məhkum edilən Erməni Milli Komitəsinin sabiq sədri Murad Topolyanla görüşdüyünə görə yerli icmaların tənqidinə məruz qalıb. azadliq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar