SON XƏBƏRLƏR

Ermənistan

2021.10.20, 07:36
Ermənistan

Gunaz.tv
Ermənistan "Türk nəfəsliyinə" həsrət qalacaq "Türkiyə prezidenti vurğulayıb ki, İrəvanı ziyarət etmək fikri yoxdur" erevan.jpg Türkiyənin xarici işlər naziri Əli Babacan Ermənistan diplomatlarıyla məxfi danışıqların aparıldığını etiraf etməsinin ardınca, maraqlı hadisələr baş verdi. Bu da İranın Rusiya və ABŞ-la birgə Ermənistanla Türkiyəni "barışdırmaq" missiyasına qoşulması oldu. Mütəxəssisləri fikrincə, Ankara-İrəvan münasibətlərinin yeni mərəhələsinə yol aça biləcək belə addım Türkiyənin əleyhinə işləyən amil olsa da, burada türk diplomatiyasının hiyləsinin olması da istisna deyil. Siyasi şərhçi Aydın Quliyev hər üç ölkənin sözügedən məsələdə maraqlarında fərqli məqamların olduğunu düşünür: "ABŞ-ın dövlət rəsmiləri Ankara ilə İrəvan arasındakı münasibətlərin mümkün qədər tez və hərtərəfli tənzimlənməsində maraqlı olduqlarını bəyanlayıblar. Tural Rusiya və İrandan isə Ermənistanla Türkiyənin münasibətlərinin yaxşılaşdırılması istiqamətində konkret addımlar görünməyib. Burada hər bir dövlət özünün maraqlarından çıxış edir. Avropa ölkələri ilə ABŞ-ın bu məsələdə mövqeyi də üst-üstə düşür. Bu mövqe odur ki, onlar Qafqazın hər üç dövlətinin Avroatlantik məkana məhz Türkiyə vasitəsilə inteqrasiya olunmasında maraqlıdırlar. Ankaranın İrəvanla sərhədlərini açmasına da bu məsələdə çox əhəmiyyətli mexanizm kimi baxırlar". Onun fikrincə, Türkiyə İrəvanla işləri yoluna qoymaqla, həm də Rusiya ilə münasibətlərin tənzimlənməsində böyük addımlar atmış olacaq: "ABŞ-ın layihələrinin mühüm hissəsindən biri Ermənistanı Türkiyə vasitəsilə Avropaya birləşdirməkdir. Buna görə Vaşinqton da Türkiyə qarşısında borclu qalmayacaq. Rusiya da gözəl anlayır ki, Ermənistanı blokadadan çıxarmağın yeganə yolu Ankardan keçir. İran da bu məsələyə həm Ermənistanla özünün iki dövlət olaraq yaxşı münasibətləri konteksindən yanaşır. İran anlayır ki, İrəvanın Avropaya inteqrasiyasına imkan daxilində dəstək verməklə, ən azından Fransa ilə münasibətləri tənzimləyə bilər. Bu baxımdan Tehran da Ermənistanın Türkiyə ilə münasibətlərinin yaxşılaşması üçün aktivliyini artırmağa məcburdur". "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə Türkiyə ilə Ermənistan arasında təmasların olmasını normal sayır: "Son aylar Ermənistandan Ankaraya müəyyən mesajlar göndərilirdi ki, bunlar da Türkiyə prezidentinin İrəvana dəvətilə bağlı idi. Amma Türkiyə heç vaxt özünün üç şərtindən geri çəkilməyib ki, bunlar da Türkiyə sərhədlərinin tanınması, saxta soyqırım iddialarından vaz keçilməsi və Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların çıxarılmasıyla bağlıdır. Yəni indiyə kimi Ankara bu istəklərindən geri dönməyibsə, deməli Türkiyə-Ermənistan danışıqlarını ciddi qəbul etmək də doğru olmaz". Abdulla Gülün Ermənistana səfərinin gerçəkləşməyəcəyini deyən ekspert ən azından ortada Azərbaycanla münasibətlərin dayandığını vurğuladı: "Artıq bir qədər gec olsa da Türkiyə prezidenti vurğulayıb ki, İrəvanı ziyarət etmək fikri yoxdur. O ki, qaldı bu danışıqların hansı həddə qədər inkişaf etməsi məsələsinə, zənnimcə, müəyyən mərhələdə, yəni Türkiyə öz tələblərini ortaya qoyduqdan sonra Ermənistanın iç üzü yenə də açılacaq və bundan sonra danışıqlar səngiyəcək. Serj Sərkisyan məlum təklifi gündəmə gətirəndən sonra sanki dünya ictimaiyyətində özünə bir müsbət imic formalaşdırmağa çalışdı. Guya yeni prezident sülhün və dialoqun tərəfdarıdır. Təsadüfi deyil ki, Metyu Brayza da bu təklifin ardıyla Sarkisyana dəstək verdi". Ekspertin fikrincə, bu danışıqları açıq şəkildə də aparmaq olardı və "Hürriyyət" qəzetinin sanki bomba partladan informasiyasına ehtiyac duyulmazdı. Sadəcə olaraq Türkiyə xarici işlər nazirliyi belə addıma ehtiyac duyub və üçüncü bir ölkədə onlar da Ermənistanın hansı addıma kimi hazır olduğunu müəyyən etmək istəyiblər. Türkiyə xarici işlər nazirliyinin səhvi orada oldu ki, Ermənistan prezidentinin Astanada ortaya qoyduğu təklifə elə oradaca cavab vermədi. Əvəzində bəyanlandı ki, bu təklifə baxılacaq və araşdırılacaq: "İsveçrədə gedən danışıqlardan isə real nəticələr gözləmək olmaz. Ermənistan bu sahədə uğur əldə edə bilməyəcək və müəyyən bir mərəhələdə belə təmaslar kəsiləcək və danışıqlar da səngiyəcək. Çünki İrəvan Türkiyənin şərtlərini yerinə yetirəcək vəziyyətdə deyil. Ümumiyyətlə, indiki şəraitdə, yəni Ermənistanda müxalifətin yenidən fəallaşdığı bir zamanda İrəvan siyasətçilərinin bu sahədə uğur qazanmasını -Türkiyəni yola gətirməsini gözləmək olmaz". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar