SON XƏBƏRLƏR

Ermənistan iddialarından əl çəkməyə başlayır

2021.10.20, 07:36
Ermənistan iddialarından əl çəkməyə başlayır

Gunaz.tv
Ermənistan iddialarından əl çəkməyə başlayır "Antitürk xarakterli yox, erməni yönümlü təfəkkürə üstünlük verməliyik". APA-nın "Arminfo"ya istinadən verdiyi məlumata görə, bu sözləri gənc diaspora nümayəndələri ilə görüşündə Ermənistanın baş naziri Tiqran Sarkisyan deyib. O bildirib ki, düşmənçilik ictimai şüurda kök salmamalı və dominant düşüncəyə çevrilməməlidir: "Siz mənə deyirsiniz ki, diaspora erməni soyqırımı məsələsinin həlli üçün böyük səy göstərir. Ancaq bu cür münasibət ilk növbədə bizim xalqımız üçün ziyanlıdır. Düzgün qərarlar tapmaq üçün geniş təfəkkürə ehtiyac var. Bizim başlıca məqsədimiz kiminləsə qarşıdurma yox, xalqımızın rifah halının yüksəldilməsi olmalıdır. Bu, o demək deyil ki, hökumət soyqırımın tanınmasını istəmir. Ancaq bununla yanaşı, iqtisadiyyatımızı inkişaf etdirməli, vətəndaşlarımızın rifahı haqqında düşünməliyik". Ermənistana neqativ münasibət ölkələrlə iqtisadi əlaqələr qurulmasının mümkünlüyü barədə sualı cavablandıran T.Sarkisyan gənclər arasında bu ölkələrlə hər cür əlaqənin yolverilməzliyi haqda çağırışlar səsləndiyini xatırladıb: "Elə insanlar var ki, türk pencəyi geyinməyi və ya dişlərimizi türk diş məcunu ilə fırçalamağı ayıb sayırlar. Bəli, tarixi ədalətin və milli ləyaqətimizin bərpası üçün mübarizə aparmaq lazımdır. Amma bunları bu cür məişət üsulu ilə etmək olmaz". adalet

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar