SON XƏBƏRLƏR

Ermənistan-İran adlanan yer münasibətləri və qaz kəməri-1

2021.10.20, 07:36
Ermənistan-İran adlanan yer münasibətləri və qaz kəməri-1

Gunaz.tv
Araz Tədqiqatlar Mərkəzi Mayın 13-dən İran adlanan yer-Ermənistan qaz kəmərinin fəaliyyətə keçdiyi bildirilir. Danışıqları uzun illər öncə başlayan, sənədləşmələri və həyata keçirilmə prosesi xeyli çəkən qaz kəmərinin açılışına dair planlar təxminən bir ildən çox idi ki, vaxtaşırı elan edilirdi. Müxtəlif səbəblərdən fəaliyyətə ancaq dünən keçə bilən bu qaz kəməri layihəsinin reallaşması ilə regiondakı münasibətlər sistemində ciddi dəyişikliklərdən biri həyata keçmiş oldu. Bu yazıda qaz kəmərinin və ümumiyətlə Ermənistan-İran adlanan yer münasibətlərinin əsas hərəkətverici qüvvələrinə, regional və qlobal maraqlar toqquşmasının bu münasibətlərə təsirinə, İran adlanan yer-Ermənistan münasibətlərinin müəyyən istiqamətlərinə işıq tutmağa çalışacayıq. Ermənistanın İran adlanan yerlə müasir münasibətlərin tarixi bu ölkənin müstəqilliyinə qovuşduğu 1991-ci ilin sonlarına qədər gedir. İki ölkə arasında ilk diplomatik münasibətlər 1992-ci ildə yaradılmışdır. Keçən dövr ərzində iki ölkə arasındakı siyasi, iqtisadi, enerji, mədəni və elmi sahələrdə davamlı güclənən münasibətlər sistemi qurulduğu müşahidə edilməkdədir. Heç şübhəsiz bu münasibətlərin inkişafına təkan verən tək ünsür (amil) bu iki ölkənin qonşu olması və aralarında 62 km-lik sərhədd deyildir. İran adlanan yer və Ermənistan arasındakı strateji xarakter daşıyan bu münasibətlərin təməlində hər iki ölkənin ortaq strateji maraqları dayanmaqdadır. Hər şeydən əvvəl bu iki ölkənin Azərbaycanla bağlı maraqları üst-üstə düşməkədir. Bu maraqlar həm Ermənistan, həm də İran adlanan yer tərəfindən “həyati dərəcədə” əhəmiyyətli maraq kimi qiymətləndirilməkdədir. Həm Ermənistan, həm də İran adlanan yer müstəqil və ərazi bütövlüyünə sahib Azərbaycan dövlətinin varlığı ilə razılaşmırlar ki, bu hal xoşməramlı qonşuluq münasibətləri ilə uyğun gəlmədiyi kimi, müasir beynəlxalq münasibətləri sisteminin əsas prinsiplərinə də tamamən ziddir. Ermənistan torpaqlarını işğal etdiyi Azərbaycanla savaş halındadır və bu çərçivədə zəif bir Azərbaycan rəsmi İrəvanın əsas öncəliyidir. Yenə Rəsmi Tehran da, bölgədə güclü və rifah içindəki Azərbaycanın “Güney Azərbaycan” məsələsinin gündəmə gəlməsinə səbəb olacağını düşünərək bunu İranın ərazi bütövlüyü üçün ən mühüm təhlükə təşkil edəcəyini hesaplamaqdadır. İkincisi, hər iki ölkənin Türkiyəyə dair yanaşmaları da paralellik göstərməkdədir. Belə ki, Ermənistan Türkiyəni qondarma soyqırım iddialarının hədəfi və bugün də ən önəmli təhlükə mənbəyi olan ölkə kimi qəbul etməkdədir. Elə İran adlanan yer də tarixi rəqibi Türkiyənin bölgədə gücünü artırmasından, Azərbaycanla və Gürcüstanla qurduğu münasibətlərdən ciddi narahatçılıq keçirməkdədir. Türkiyənin Qərb blokundakı rolu, Azərbaycan və Gürcüstanın Qərb ilə münasibətləri Ermənistan və İran adlanan yerin bu münasibətlər sisteminə ortaq baxışları da onları birbirinə yaxınlaşdıran amillərdir. Bu çərçivədə iki ölkənin öz istəkləri ilə formalaşdırdıqları münasibətlərə Rusiya Federasiyası tərəfindən təşviqedici təsirin göstərildiyini də nəzərə almamaq olmaz. İki ölkənin qarşılaşdığı təcrid problemi də Ermənistan və İran adlanan yeri yaxınlaşdıran mühüm amildir. Məlum olduğu kimi, Ermənistan izlədiyi təcavüzkar siyasi kurs (o cümlədən qonşularının ərazi bütövlüyünü tanımaması) bu ölkənin Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlanmasına səbəb olmuşdur. Üstəlik, Gürcüstanın rəsmi Moskva ilə gərgin münasibətləri və rəsmi İrəvanın Cavaxetiya bölgəsinə dair iddiaları, Ermənistanın Rusiya ilə bu ölkə vasitısiylə güvənilir quru əlaqəsi qurmasına da mane olmaqdadır. Bu çərçivədə İran adlanan yer Ermənistan üçün çox mühüm strateji müttəfiq və iqtisadi əməkdaş kimi önəm qazanmışdır. Ermənistan prezidentə Serj Sarkisyanın son İran səfərində də ifadə etdiyi kimi, “Ermənistan hər dəfə boğulmaq üzrəykən İran ona nəfəs vermişdir”. İran adlanan yer baxımından da Ermənistan nüvə proqramı baxımından mühüm bir ölkə statusuna malikdir. Bir yandan İran adlanan yerin öz nüvə proqramını inkişaf etdirərkən Ermənistandan və Ermənistan vasitəsiylə RF-dən elmi-texniki dəstək aldığı dəfələrlə iddia edilməkdədir. Digər yandan rəsmi Tehranın ABŞ-dakı erməni lobbisini bu ölkə ilə münasibətlərini normalaşdırılması prosesində mühüm bir müttəfiq kimi gördüyü qeyd olunmaqdadır. Yenə Ermənistan İranın enerji ehtiyatları üçün həm bazar kimi, həm perspektivdə Qərb bazarlarına nəql edilməsində Gürcüstanla birlikdə alternativ yollardan biri kimi xarakterizə edilməkdədir. Bu çərçivədə Ermənistan və İran adlanan yer arasındakı münasibətlərdə diqqəti cəlb edən mövzular arasında Qarabağ məsələsi, qondarma erməni soyqırımı idddiası, İran adlanan yerin nüvə proqramı, davamlı güclənən iqtisadi münasibətlər və mədəni əlaqələr var. İran adlanan yer və Ermənistan münasibətləridə Qarabağ məsələsi mövzusu hələ 1992-ci ildə gündəmə gələn mövzuydu. SSRİ-nin dağılmasından sonra Azərbaycanın müstəqil olmasından məmnun olmayan və Qafqazda meydana gələn güc boşluğunu doldurmaq istəyən İran adlanan yer bu çərçivədə Qarabağ probleminin həllində vasitəçilik rolu oynayamağa cəhd etdi. Ancaq İran adlanan yerin 1992-ci ilin mayında Tehranda Azərbaycan və Ermənistan liderlərinə imzalatdığı atəşkəs müqaviləsi Rusiyanın sərt reaskisyası ilə qarşılaşdı. İmzalanan müqavilə qüvvəyə minmədən Şuşa və Laçın işğal edildi. Rəsmi Moskvanın bu məsajını alan İran adlanan yer bir daha belə bir cəhdə təşəbbüs göstərmədi. Həm İran, həm də Ermənistan bir zamanlar xüsusən bəzi Qərb və Türkiyə siyasiləri və ekspertləri tərəfindən Qarabağ probleminin həlli yolunda güzəşt variantı kimi gündəmə gətirilən Mehridən Naxçıvana Azərbaycanın digər bölgələrinə koridor vermə təklifinə qarşı çıxmışdılar. Yenə bəzi İran adlanan yerin şirkətlərinin işğal edilmiş Azərbaycan torpaqlarında ermənilərlə ortaq ticari fəaliyyət göstərdikləri bilinməkdədir. Bugün İran adlanan yer Qarabağa dair rəsmi açıqlamalarında Azərbaycanın ərazi bötövlüyü dəstəklədiyini bildirsə də, təcavüzkar Ermənistana qarşı tətbiq edilən iqtisadi embarqonun zəiflədilməsində və bu ölkənin strateji mühasirəyə alınmasının əngəllənməsində çox fəal rol oynamaqdadır. İran adlanan yer qondarma erməni soyqırımı iddialarını rəsmən tanımasa da, öz ölkəsində həm medianın, həm də 2007-ci il stasitikasına görə sayıları 80 min olan erməni diasporunun geniş fəaliyyələrinə icazə verməkdədir. İran adlanan yerdə ermənilərin bu fəaliyyətlərinə qarşı çıxan Azərbaycan türklərinin fəaliyyətləri isə rəsmi Tehran tərəfindən hər yolla əngəllənməyə çalışılmaqdadır. Rəsmi Tehranın qondarma erməni soyqırımı iddiasına münasibətində İran adlanan yer-Türkiyə münasibətlərinin vəziyyəti mühüm təsir göstərməkdədir. İki ölkə arasındakı münasibətlərin gərgin olduğu 1990-cı illərdə rəsmi Tehranın Ermənilərin soyqırım faaliyyətlərinə daha toleranslı yanaşdığı müşahidə edilmişdi. Ancaq Türkiyənin artan regional və qlobal rolu və İranın həm enerji ixracatı məsələsində, həm də ABŞ-ın İran adlanan yerə ehtimal olunan hərbi müdaxiləsi zamanı Türkiyəni tam yanına almaq ya da heç olmasa tam qarşısına almamaq strategiyası, İran adlanan yerin rəsmilərini “Türkiyəni əsəbləşdirəcək” addımlardan uzaq durmağa məcbur etmişdir. Eyni zamanda ölkədəki böyük Türk amilinin təsiri də nəzərə alınmalıdır. Məhz bu səbəblərdən İran adlanan yerin rəsmiləri bu ölkədəki ermənilərin 24 Aprel günü Türkiyə bayrağını yandırmaları və Türkiyə əleyhinə sərt addımlar atmalarını müəyyən dərəcədə məhdudlaşdırsalar da, alınan tədbirlər Türkiyənin, İran adlanan yerdəki Türk varlığının və ümumiyyətlə, bu ölkənin ictimaiyyətinin istəklərinə nisbətən xeyli az olmuşdur. Araz Tədqiqatlar Mərkəzi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar