SON XƏBƏRLƏR

Ermənistan müxalifəti həlledici mitinqə hazırlaşır

2021.10.20, 07:36
Ermənistan müxalifəti həlledici mitinqə hazırlaşır

Gunaz.tv
Ermənistan müxalifəti həlledici mitinqə hazırlaşır İrəvan – APA. Ermənistan müxalifəti avqustun 1-də demokratiyaya qayıdış baxımından həlledici əhəmiyyətə malik olacaq kütləvi aksiya keçirməyə hazırlaşır. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ümumxalq Hərəkatının nümayəndəsi Levon Zurabyan deyib. O, ötən mitinqdə prezidentin qarşısında 4 tələb qoyulduğunu və bu tələblərin yerinə yetirilməsi üçün avqustun 1-nə qədər vaxt verildiyini xatırladıb: “Tələblər yerinə yetirilməsə, biz dövlət başçısının istefasını tələb edəcəyik”. L. Zurabyan mitinqdə növbəti planlar haqqında məlumat veriləcəyini bildirib. apa ------------------------------------------------------------------------ Obamanın "yəhudi" fərqi article_1216807765.gif Amerika Konqresinin öndə gedən yəhudi üzvlərindən biri olan Konnektikut senatoru Co Libermanın öz dindaşları arasında, Barak Obama qədər dəstək qazanmadığı ortaya çıxdı QayNar : İsrail tərəfdarı solçu bir qrup olan "J Street" tərəfindən yəhudilər arasında aparılan son ictimai sorğunun nəticələrinə görə, Libermanı dəstəkləyən yəhudilərin faiz nisbəti 37 olduğu halda, yəhudilərin 60 faizi demokrat namizəd Barak Obamanı dəstəkləyir. Libermana əks mövqedən yanaşanların səs faizi də 48 olduğu kimi, Obamada bu göstərici 34 oldu. Bu gün İsraildə olması gözlənilən Barak Obamanın haqqındakı müsəlmanlıq iddiaları səbəbindən yəhudi elektoratdan dəstək almaqda çətinlik çəkəcəyi iddiaları mediayada uzun zaman idi ki, gündəmdən düşmürdü. //Rəşad Səfərov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar