SON XƏBƏRLƏR

ERMƏNİSTAN MÜXALİFƏTİ VANADZORDA MİTİNQ KEÇİRDİ

2021.10.20, 07:36
ERMƏNİSTAN MÜXALİFƏTİ VANADZORDA MİTİNQ KEÇİRDİ

Gunaz.tv
ERMƏNİSTAN MÜXALİFƏTİ VANADZORDA MİTİNQ KEÇİRDİ Serj Sərkisyan isə prezident kürsüsündə 100 gününü tamamladı 4654.jpg Dünən Ermənistanın Vanadzor şəhərində müxalifətin növbəti mitinqi keçirilib. Aksiyanın təşkilatçısı Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisidir. Ermənistan KİV-lərinin yaydığı məlumata görə, mitinq icazəlidir və aksiyada Ermənistan müxalifətinin lideri Levon Ter-Petrosyan iştirak etmir. Hər hansı iğtişaşın qarşısını almaq üçün əraziyə polis yeridilib. Qeyd edək ki, aksiyaçıların əsas tələbi bütün siyasi məhbusların azadlığa buraxılması, 1 mart hadisələrinin təşkilatçılarının məsuliyyətə cəlb edilməsidir. İyulun 4-də keçirilən nümayişdə Levon Ter-Petrosyan bəyan etmişdi ki, müxalifətin bütün tələbləri bu ayın sonuna kimi yerinə yetirilməlidir. Əks halda, avqustun 1-də keçirilməsi planlaşdırılan ümumrespublika mitinqində müxalifət Serc Sarkisyanın təcili istefasını və növbədənkənar prezident seçkisinin keçirilməsini tələb edəcək. Xatırladaq ki, iyulun 4-dən etibarən Ermənistan müxalifəti İrəvanın mərkəzində oturaq aksiya da keçirir. Sərkisyan isə dünən prezident kürsüsündə 100 gününü tamamlayıb. Müxalifət hesab edir ki, Ermənistanın dövlət başçısı bu 100 gün ərzində heç nə etməyib , ölkədə monopoliya ilə vəziyyət dəyişməyib, demokratiya eyni səviyyədədir, Dağlıq Qarabağ probleminin həllində isə ölkə bir neçə zərbəyə məruz qalıb. Bu sözləri bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın “Respublika” müxalif partiyasının siyasi şurasının üzvü Suren Surenyants deyib: ÿ"Qeyd ediləsi bir addım varsa, o da erməni-türk münasibətlərinin yaxşılaşdırılması cəhdidir ki, bu da tam düşünülməmiş və çiy olaraq qalır?” Surenyantsın sözlərinə görə, erməni-türk birgə komissiyasının yaradılması təşəbbüsünü irəli sürməkdənsə prezident barışıq komissiyasının yaradılmasını təklif etsəydi daha yaxşı olardı: “Biz bütün qonşularla münasibətlərin normallaşdırılmasını istəyirik. Amma inanmıram ki, Sərkisyanın erməni-türk münasibətlərini normallaşdırmaq barədə bəyanatı bu münasibətlərdə nəyisə dəyişsin, çünki bu bəyanat Robert Köçəryanın yaratdığı, indiyədək dəbdə olan ”üç cəbhə və bir sərhəd" prinsipinə əsaslanır". Surenyantsın sözlərinə görə, o da diqqəti çəkir ki, Sarkisyan Gülü İrəvana Moskvada olarkən dəvət edib. Ona görə də ola bilsin ki, bu, daha çox Ermənistanın yox, Rusiyanın təşəbbüsüdür: “Ermənistana qoyulan Rusiya kapitalı üçün sərhədlərin bağlı qalması sərf eləmir”. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar