SON XƏBƏRLƏR

Ermənistan parlamenti Paşinyanın namizədliyinin əleyhinə səs verib

2021.10.20, 07:36
Ermənistan parlamenti Paşinyanın namizədliyinin əleyhinə səs verib

Gunaz.tv

GünAz TV: Ermənistan parlamenti Nikol Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləməyib.

 

Paşinyanın lehinə cəmi 45 deputat səs verib. Onun Ermənistanın baş naziri seçilməsi üçün 53 səs tələb olunurdu.

 

Yeni səsvermə yeddi gün ərzində keçirilməlidir. İkinci səsvermədə də baş nazirini seçmək mümkün olmasa, Ermənistan parlamenti buraxılacaq.

 

Mediada yayılan məlumata görə, baş nazir seçilə bilməyən müxalifət lideri Nikol Paşinyan ölkədə ümumilli tətil elan edib.

 

Paşinyan çərşənbə günü səhər saatlarından etibarən vətəndaşları əsas yolları, metro stansiyalarını və aeroportu bağlamağa çağırıb.

 

N.S

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar