SON XƏBƏRLƏR

Ermənistan prezidenti hökumətin istefasını qəbul edib

2021.10.20, 07:36
Ermənistan prezidenti hökumətin istefasını qəbul edib

Gunaz.tv

GünAz TV: Ermənistan prezidenti Armen Sarkisyan yerli hökumətin istefasını qəbul edib.


"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.


"Ermənistan hökumətinin istefası qəbul olundu", - deyə prezidentin saytına yerləşdirilən fərmanda qeyd olunub.


Oktyabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin buraxılmasından ötrü rəsmi səbəb yaratmaq üçün öz postunu tərk edib. Bununla belə o, Nazirlər Kabinetinin rəhbəri vəzifələrinin icrasını davam etdirəcək.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar