Ermənistan prezidentinin ikili vətəndaşlığı ilə bağlı cinayət işi başlanıb

2021-05-03 16:35

Ermənistan Baş Prokurorluğu prezident Armen Sarkisyanın ikili vətəndaşlığının gizlədilməsi faktı ilə bağlı araşdırma aparır.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Vəkillər Palatasının rəhbəri Ara Zoqrabyan “Facebook”da bildirib.

Ermənistanda martın 30-da 53 vəkilin prezident A. Sarkisyanın ikili vətəndaşlıq faktının gizlədilməsi barədə müraciətindən sonra Xüsusi İstintaq Xidməti faktla bağlı cinayət işinin başladılmasından imtina edib, bundan sonra vəkillər qərardan şikayət veriblər.

“Baş Prokurorluq şikayət əsasında Xüsusi İstintaq Xidmətinin qərarını ləğv edərək Cinayət Məcəlləsinin 325-ci maddəsinin 1-ci bəndi (sənədlərin saxtalaşdırılması, onların istifadəsi və ya realizasiyası) ilə iş başlayıb”, - deyə A. Zoqrabyan qeyd edib. 

Onun sözlərinə görə, Baş Prokurorluq iddiaçıların A. Sarkisyanın Britaniya vətəndaşlığının 2011-ci ildən sonra da mövcud olmasına dair ehtimallarını qanuni sayıb.

Qeyd edək ki, 53 vəkilin müraciətində bildirilib ki, A. Sarkisyan 2003-2012-ci illərdə Böyük Britaniya vətəndaşı olub. Konstitusiyaya görə, prezident vəzifəyə seçilməzdən qabaq son 6 il ərzində Ermənistan vətəndaşlığını daşımalıdır. 

Vəkillər Palatasının yaydığı məlumatda qeyd olunub ki, A. Sarkisyanın Britaniya vətəndaşlığının müddəti ancaq 2012-ci ilin noyabrında başa çatıb, o isə 2018-ci ilin martın 2-də prezident seçilib. Qanunvericiliyə əsasən, A. Sarkisyanın Britaniya vətəndaşlığı 2012-ci ilin 1 mart tarixindən gec olmayaraq ləğv edilməli idi. 53 vəkil bunun əsasında cinayət işinin başladılması üçün müraciət hazırlayıb.(apa)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“HƏMAS”ın silah saxladığı 11 mərtəbəli bina dağıdıldı

2021-05-15

gun az article

İranla sərhəddə atışma, iki hərbçimiz şəhid oldu

2021-05-15

gun az article

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub

2021-05-15

gun az article

Udi xalqının çox böyük tarixi mirası var - İlham Əliyev

2021-05-15

gun az article

İtaliya mətbuatı “Xarıbülbül” festivalından yazdı

2021-05-15

gun az article

Azərbaycanda daha 377 nəfər COVID-19-a yoluxub

2021-05-15

gun az article

ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əviv ofisi viza xidmətlərini dayandırıb

2021-05-15

gun az article

Ermənistan AES-in fəaliyyəti dayandırıldı

2021-05-15

gun az article

Stoltenberq: "NATO yeni bir "Soyuq Müharibə" istəmir"

2021-05-15

gun az article

Cavad Zərif İsraili dəstəkləyən Avstriyaya səfərini ləğv edib

2021-05-15

gun az article

Ukrayna yeni qoşun növü yaradacaq

2021-05-15

gun az article

Ruhani vaksinasiya prosesindəki qanunsuzluqlardan danışdı: "Hələ peyvənd olunmamışam"

2021-05-15

gun az article

15 may Beynəlxalq İqlim Günüdür

2021-05-15

gun az article

Monteneqro turistlərə qapılarını açır

2021-05-15

gun az article

Türkiyə - Şimali İrlandiya oyunu ləğv olundu

2021-05-15

gun az article

İranda koronavirusdan daha 200 nəfər dünyasını dəyişib, 7 723 nəfər xəstəliyə yoluxub– RƏSMİ STATİSTİKA

2021-05-15

gun az article

Baş Konsulluqdan ABŞ-dakı azərbaycanlılara XƏBƏRDARLIQ

2021-05-15

gun az article

Gənc əsgərlər and içdilər - FOTOLAR

2021-05-15

gun az article

Azərbaycan Hərbi Hava Qüvvələrində təlim-məşq uçuşları BAŞLADI

2021-05-15

gun az article

İran parlamentinin keçmiş sədri Əli Laricani prezidentliyə namizədliyini irəli sürüb

2021-05-15