SON XƏBƏRLƏR

Ermənistan QDİƏT Baş Assambleyasının iclasında Azərbaycanın təklifini dəstəkləyib

2021.10.20, 07:36
Ermənistan QDİƏT Baş Assambleyasının iclasında Azərbaycanın təklifini dəstəkləyib

Gunaz.tv
Ermənistan QDİƏT Baş Assambleyasının iclasında Azərbaycanın təklifini dəstəkləyib Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Baş Assambleyasının Afinada keçirilən 31-ci iclasında Ermənistan tərəfi Azərbaycanın təklif etdiyi düzəlişlərin lehinə səs ver Bunu QDİƏT Parlament Assambleyasının vitse-prezidenti Asəf Hacıyev deyib. O bildirib ki, Azərbaycan təşkilatın Hüquq və siyasi məsələlər komitəsinə beynəlxalq terrorçuluq və onunla mübarizəyə dair düzəlişlər təqdim edib: “Azərbaycanın təklif etdiyi düzəlişlər regionda müşahidə olunan ekstremizm və separatizmlə mübarizəyə aid idi. Düzəlişlərdə bu mübarizədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmasının zəruriliyi qeyd olunur. Təkliflərimiz təşkilatın vaxtilə Ermənistanda keçirilən iclasında müzakirə olunmuş və rədd edilmişdi. Bu dəfə biz yenidən həmin düzəlişləri müzakirəyə çıxardıq. Apardığımız gərgin iş nəticəsində təklif etdiyimiz düzəlişlər qəbul olundu. Hətta Ermənistan nümayəndə heyəti də səsvermənin gedişində vəziyyəti görüb, sənədin lehinə səs verməli oldu. Beləliklə, bizim təklif etdiyimiz düzəlişlər təşkilatın Hüquq və siyasi məsələlər Komitəsində qəbul olunan beynəlxalq terrorçuluqla mübarizədə parlamentarların roluna dair tövsiyədə öz əksini tapdı”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar