SON XƏBƏRLƏR

Ermənistan Qərb-İran qarşıdurmasından narahatdır

2021.10.20, 07:36
Ermənistan Qərb-İran qarşıdurmasından narahatdır

Gunaz.tv

GünAz TV: Ermənistanda İrana qarşı daha sərt sanksiyaların (təhrim)  tətbiq edilməsi ehtimalından narahatdırlar.

Qərb-İran münasibətlərinin daha da gərginləşməsinin Ermənistana necə təsir edəcəyi məsələsi son zamanlar yerli analitiklərin (siyasi təhlilçilər) əsas müzakirə mövzularından biridir.

GünAz TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Ermənistan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan Qərb-İran qarşıdurmasının Ermənistanla Azərbaycan arasında müharibə təhlükəsi yaradacağından narahatdır.

“İranda hərbi əməliyyatların başlanması daha çox Ermənistan üzərində əks oluna bilər, və biz Azərbaycanın Qarabağda müharibəyə başlamaq ehtimalı ilə hesablaşmaya bilmərik”, - deyir Safrastyan.

Safrastyan İran müharibəsinin Ermənistan iqtisadiyyatına da mənfi təsir edəcəyini qeyd edir, çünki o zaman Ermənistanı xarici aləmlə bağlayan yeganə sərhəd bağlana bilər.

Mümkün qaçqın axını

İranşünas Sevak Saruxanyan İranın “bölgədə bütün Cənubi Qafqaz ölkələrinin təhlükəsizliyinə xidmət edən bölgədə qüvvələr balansı təmin edən əsas ölkə” olduğuna görə, ”İran müharibəsinin bütün bölgə üçün fəlakət” olacağını bildirir. Lakin bundan daha çox İranda diasporu olan Ermənistan zərər çəkər.

“Əlbəttə, bugün İranın erməni icması 30 il əvvəlki qədər böyük deyil, lakin İrana qarşı cəza tədbirləri ermənilərin İrandan köçməsinə və bu ölkədə erməni mədəniyyəti və tarixi irsin tamamilə yox olmasına gətirə bilər”, - deyib Saruxanyan, xatırladaraq ki, artıq bu gün İrana qarşı sanksiyalar (təhrim) Ermənistana öz mənfi təsirini göstərib. – “İranda büdcə planlaşdırılması başlayıb, və aydındır ki, İran xaricdə investisiya (sərmayə yatırımı) layihələrini məhdudlaşdıracaq. Bu, Ermənistan-İran iqtisadi layihələrinə də aiddir”.

Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan Qərblə İran arasında müharibə perspektivi (çeşm əndaz) qeyri-real hesab edir.

“Bu gün gördüyümüz “əzələlər oynatmaq”, biri birinə təzyiq etmək cəhdləridir. Qərblə İran arasında əsil müharibə ssenarı təsəvvür etmək mümkün deyil”, - deyir İskandaryan.

“İranı raket atəşi ilə də bombalamaq mümkün deyil. Bu, dağlıq ərazidir. ABŞ-ı (Amerika Birləşmiş Ştatları) maraqlandıran obyektlər (təsisat, əmakin) isə müxtəlif ərazilərdə yerləşdirilib, onların bir çoxu – hətta atom bombardmanı üçün əlçatmazdır”, - hesab edir politoloq.z

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar