SON XƏBƏRLƏR

Ermənistan rəhbərlərini yaxşı aqibət gözləmir

2021.10.20, 07:36
Ermənistan rəhbərlərini yaxşı aqibət gözləmir

Gunaz.tv
"Ermənistan rəhbərlərini yaxşı aqibət gözləmir" erevan.jpg Novruz Məmmədov: "Onlar məhz yalançı, saxta vədlərlə, qeyri-konstruktiv addımlarla hakimiyyətdə qalırlar" Artıq 2008-ci ilin altı ayı arxada qalır. Ancaq Dağlıq Qarabağ münaqişəsi hələ də həllini tapmayıb. Bəs proseslərin gələcək inkişafı necə olacaq? Bu yöndə suallarımızı cavablandıran Prezident Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyir ki, Ermənistan hakimiyyətinin danışıqlar yoluyla problemin həllinə maneəçilik törətməsi səbəbsiz deyil. Çünki onlar üçün bu həll yolu zamanı başqa bir situasiya yaranacaq. Üzü 80-90-cı illərdən bəri bir sıra siyasətçilərlə, dövlət xadimlərilə birlikdə indiki Ermənistan hakimiyyətini də, rəhbərlərini də yaxşı aqibət gözləmir... Ramiz Mikayıloğlu - Az əvvəl Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının növbəti sammitinin yekunlarını necə qiymətləndirirsiniz? - MDB dövlət başçılarının ildə bir dəfə qeyri-formal görüşü olur və belə demək mümkünsə, bu, artıq bir ənənə forması alıb. Ümumiyyətlə, bu görüşün rəsmi bir gündəliyi olmur. Dövlət başçıları əslində qeyri-formal şəraitdə bir yerə toplaşır, bir-birilə görüşür və bu görüşdə həm ikitərəfli münasibətlərlə, həm də MDB-nin bir qurum kimi inkişafı ilə bağlı məsələlər ətrafında gündəlikdən asılı olmayan söhbətlər aparırlar. Bu dəfə də məhz belə oldu. Azərbaycan prezidenti də bu qeyri-formal sammitdə iştirak etdi. Eyni zamanda, dövlət başçısı bu qeyri-formal sammitdən istifadə edərək orada özünün bir neçə görüşünü keçirdi və bu görüşlərdən biri də Rusiya Federasiyasının yeni seçilmiş prezidenti Dmitri Medvedyevlə oldu. Bu görüş də çox yaxşı və işgüzar bir şəraitdə keçdi. Bu görüşün müzakirə mövzusu da əsasən Azərbaycan-Rusiya münasibətləri idi. Bu gün doğrudan da, Azərbaycanla Rusiya arasında münasibətlər çox yaxşı və hərtərəfli inkişaf edir. Bununla belə, bu iki ölkə arasında münasibətlərin inkişafının potensialı daha güclüdür və elə bu münasibətləri daha da genişləndirmək, gücləndirmək, möhkəmləndirmək məqsədilə Azərbaycan prezidentinin dəvətinə cavab olaraq Rusiya Federasiyasının prezidenti iyulun əvvəllərində Azərbaycana səfər etməklə bağlı qərarını, razılığını bildirmiş oldu. MDB dövlət başçılarının qeyri-formal görüşü, sammitilə bağlı qısaca olaraq bunları demək olar. - Bəs bu qeyri-formal toplantı çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin tanışlıq xarakteri daşıyan görüşünün yekunlarını necə dəyərləndirirsiniz? - İndiyə qədər yaşadığımız proseslərə, Ermənistanda baş verən son hadisələrə baxmayaraq, bu görüşü reallaşdırmaq vacib idi. Ümumiyyətlə, bu görüş keçirilməsəydi, həm dünya ictimaiyyəti, həm də beynəlxalq təşkilatlar Azərbaycanı qeyri-konstruktivlikdə günahlandıra bilərdi. Bu baxımdan hesab edirəm ki, Azərbaycan prezidenti bu görüşü keçirməklə çox düzgün bir addım atmış oldu. Açığını deyim ki, Ermənistanın yeni seçilmiş prezidentinin özü bu görüşə daha çox can atırdı, çünki onun müxtəlif problemləri var. Ermənistanda keçirilən prezident seçkilərindən sonra baş verən qanun pozuntuları, həbslər, media vasitələrinin sıxışdırılması, insanların qətlə yetirilməsi, bütün bunlar hamısı Ermənistan rəhbərlərini və bir sıra siyasətçilərini ifşa edirdi. O vaxtdan bu yana Ermənistanda ciddi siyasi böhran yaşanırdı və bu böhranın məsuliyyəti də yeni seçilmiş prezidentin-əvvəllər müdafiə naziri və baş nazir olmuş Serj Sərkisyanın çiynindədir. Odur ki, Serj Sərkisyan bu görüşü reallaşdırmaqla, bu görüşə can atmaqla özünü həm ölkə, həm də dünya ictimaiyyəti qarşısında bir qədər reabilitasiya etmək istəyirdi. Bütün bu qeyd etdiklərimə rəğmən, baxmayaraq ki, Ermənistan ictimaiyyətinin yeni seçilmiş prezidentə inamı, etimadı azdır, Serj Sərkisyanın imkanlarının hansı dərəcədə olduğunu dəqiq bilməsi üçün Azərbaycan prezidentinə də lazım idi ki, bu görüşü keçirək. Yəni bu insanın imkanları nə dərəcədədir, o, hansı mövqeni tutacaq? Görüş zamanı fikir mübadiləsi aparılıb. Tanışlıq məqsədilə keçirilən bu görüş bir növ mövqelərin, situasiyanın öyrənilməsi, gələcək addımların atılmasının planlaşdırılması xarakteri daşıyırdı. Belə demək mümkünsə, bu görüş faydalı bir görüş oldu. Görüş zamanı İlham Əliyev istər xarici işlər nazirinə, istərsə də həmsədrlərə müəyyən addımların atılması ilə bağlı göstəriş verdi. Bu baxımdan, ola bilsin ki, həmsədrlər yaxın zamanlarda Azərbaycana və bütövlükdə regiona səfər etsinlər və yeni addımların atılması ilə bağlı öz mövqelərini bir daha bildirsinlər. - Yaşadığımız il də yavaş-yavaş öz sonuna yaxınlaşmaqdadır, ilin ilk altı ayı artıq arxada qalmaqdadır. Ancaq buna baxmayaraq, Qarabağ münaqişəsinin ədalətli çözümü hələ də tapılmayıb. Bu baxımdan, proseslərin gedişatı, sonucu nəyi və nələri şərtləndirir? - Ümumiyyətlə, bu, çox açıq sualdır. Azərbaycan prezidentinin bu gün əsas məqsədi ondan ibarətdir ki, Qarabağ münaqişəsini beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyi nümayiş etdirərək, danışıqlar və sülh yolu ilə həll etmək mümkün olsun. Ona görə Azərbaycan rəhbəri bununla bağlı bütün addımlarını atır. Hətta mən belə başa düşürəm ki, dövlət başçımız İlham Əliyev bəlkə də ona layiq olmayan bir şəxslə görüşə də razı oldu və bu görüşü də həyata keçirdi. Amma bununla belə, əsas məqsəd bundan ibarətdir ki, Ermənistan-Azərbaycan münaqişəsi tezliklə həll olunsun və münaqişənin həll yolu da mövcuddur. Bu yolu da Azərbaycan prezidenti göstərir və dünya birliyi də bu həll yolu ilə razılaşır. Həmin yol isə bu yaxınlarda BMT Baş Assambleyasının 62-ci sessiyasında qəbul edilən qətnaməyə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünün tanınması, Azərbaycandan erməni silahlı qüvvələrinin dərhal rədd olub, çıxıb getməsi və azərbaycanlı qaçqın-köçkünlərin öz ata-baba yurdlarına qayıtmasından ibarətdir. Münaqişənin ədalətli həlli üçün bundan başqa variant yoxdur. Amma Ermənistan müxtəlif dövrlərdə, müxtəlif bəhanələrlə- baxmayaraq ki, onlara təzyiqlər getdikcə güclənir - bu ədalətli həll yolundan qaçır. Çünki onlar üçün bu həll yolu zamanı başqa bir situasiya yaranacaq. Üzü 80-90-cı illərdən bəri bir sıra siyasətçilərlə, dövlət xadimlərilə birlikdə indiki Ermənistan hakimiyyətini də, rəhbərlərini də yaxşı aqibət gözləmir. Ermənistan ictimaiyyəti onları götürüb tarixin, arxivin zibil yeşiyinə tullayacaqlar. Demək istəyirəm ki, onlar məhz yalançı, saxta vədlərlə, qeyri-konstruktiv addımlarla hakimiyyətdə qalırlar və hakimiyyət ömürlərini uzatmağa çalışırlar. Bəli, doğrudan da, biz artıq 2008-ci ilin təxminən yarısındayıq. Əgər müəyyən olsa ki, bu adamla da danışmaq, müəyyən konstruktiv addımlar atmaq, münaqişənin həllində irəliləmək mümkün deyil, o zaman şübhəsiz ki, bütün ehtimalların reallaşmasına ehtiyac yarana bilər. Yəni, prezidentin dediyi kimi Azərbaycan dövləti, nəyin bahasına olursa-olsun, öz ərazi bütövlüyünü təmin edəcək, Ermənistanın işğalçı qüvvələrini işğal olunmuş ərazilərimizdən qovacaq və Dağlıq Qarabağ, ona bitişik ərazilər yenə Azərbaycanın bir tarixi hissəsi kimi onun tərkibində qalacaq. - Qarşıdan növbəti prezident seçkiləri gəlir. Seçkiqabağı situasiyanı gərginləşdirmək üçün Ermənistanın təxribatçı addımlar atması, hətta atəşkəsin pozularaq, onun müharibə həddinə çatması istiqamətində cəhdlərin göstərilməsi gözləniləndirmi? - Ermənilərlə bağlı tam əminliklə, dəqiqliklə deyirəm, onlar tarix boyu bütün həyatlarını, fəaliyyətlərini, siyasətlərini yalnız bu cür məkrli və alçaq planlara həsr edirlər. Onlar gecə-gündüz oturub fikirləşirlər ki, bu məsələnin həll olunmaması üçün hansı addımı atsınlar, hansı təxribatçı fikirləri desinlər, hansı planları qursunlar, kimlərə arxalansınlar və s. Onlar ömrüboyu bununla yaşayıblar, ömrüboyu həmin bu cür avantürist addımları, planları əsaslandırmaq üçün fəaliyyət göstəriblər. Amma mən bircə buna təəssüf edirəm ki, onlar başa düşmürlər ki, bu cür addımlar, planlar tarix boyu həmişə onlara fəlakət gətirib. Bu xalq üçün normal yaşamaq, inkişaf etmək, belə demək mümkünsə, rifaha gəlib çatmaq elə bil ki, Allah tərəfindən yasaqdır. Onlar özlərini məzlum millət kimi təqdim edə-edə dünyanın bütün yerlərinə səpələniblər. Heç əslində bu torpaqlar da erməniləri maraqlandırmır. Amma buna baxmayaraq, gördüyünüz kimi, onlar bir ovuc boyda olsalar da, öz əməllərindən çəkinmirlər. Ona görə də bununla bağlı başqa bir söz söyləmək mümkün deyil. Baş verən bütün proseslər bu xalqın xarakterini bir daha açıb ortaya qoyur. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar