SON XƏBƏRLƏR

Ermənistan Rusiyaya böyük hərbi heyət göndərib

2021.10.20, 07:36
Ermənistan Rusiyaya böyük hərbi heyət göndərib

Gunaz.tv
Ermənistan Rusiyaya böyük hərbi heyət göndərib Müdafiə naziri Ohanyan Rusiyalı Ter-Kazaryana hansı sənədi verib? Ermənistanın müdafiə naziri Seyran Ohanyanın başçılıq etdiyi hərbi nümayəndə heyətinin Moskvaya səfəri başa çatıb. Ermənilər səfərə geniş heyətlə gediblər. Seyran Ohanyanın görüşdüyü adamların siyahısı da qısa deyil. Rusiyanın müdafiə naziri Anatoliy Serdyukov, Baş Qərargahın rəisi Nikolay Makarov, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja və Rusiya Erməniləri təşkilatının sədri Ter-Kazaryan bu sırada rəsmi olaraq təqdim edilən şəxslərdir. Siyahıdan da göründüyü kimi, Ermənistanın müdafiə nazirinin Moskvaya bu dəfəki səfəri sıradan biri deyil. Ermənistanın hərbi nümayəndələri Rusiya ilə həm ikitərəfli qaydada, həm də KTMT çərçivəsində əməkdaşlığı yeni səviyyəyə qaldırmaq ümidi ilə Şimala yola düşüb. Müdafiə nazirinin Rusiyadakı ermənilərin başçısı ilə görüşməsi və ona Ermənistan ordusunda həyata keçirilən islahatlar barədə sənəd təqdim etməsi diqqəti çəkib. Ter-Kazaryanın ordudakı islahatlara nə aidiyyatı ola bilər? Burada ilk ağıla gələni Rusiyadan Ermənistana daha çox silah almaq variantlarının müzakirəsi ola bilər. Ter-Kazaryan Rusiyadakı əlaqələrindən istifadə edərək qeyri-rəsmi yollarla Ermənistana müasir silahlar almağa çalışa bilər. Bununla bağlı təcrübə vardır. Xeyli öncə Rusiya hüquq-mühafizə orqanları Krasnodardan Ermənistana aparılması nəzərdə tutulan xeyli müasir silah aşkar etmişdi. Keçən əsrin 90-cı illərində qalmaqallı 3 milyard dollarlıq silah alış-verişi də yaddan çıxmayıb. Rusiyanın hərbi-sənaye kompleksində işləyən ermənilər vasitəsi ilə Ermənistan silahları alır və bir qismini terrorçulara ötürür. Ermənistanın müdafiə naziri Seyran Ohanyanın bu dəfəki səfərində də ağır zərbələr alan PKK-ya və erməni terror təşkilatlarına silah ötürmək məsələsini müzakirə edə bilərdi. Rusiya ermənilərinin başçısı ilə Ermənistanın müdafiə nazirinin görüşünə başqa cür nə ehtiyac vardığ Ermənistan ordusundakı islahatların Ter-Kazaryana nə aidiyyatı var kiğ Ancaq Seyran Ohanyanın səfərinin əsas məqamı daha çox Rusiya ilə hərbi məsələləri son durumun prizmasından müzakirə etmək olub. Rusiyanın müdafiə naziri və yeni təyin olunmuş Baş Qərərgah rəisindən tapşırıqlar almağa erməninin ehtiyacı çoxdur. Bu sırada KTMT-nin baş katibi ilə də rəsmi İrəvanın müzakirə etməli olduğu məsələlər az deyil. Təxmin etmək olar ki, bu müzakirələrin əsas təkanvericisi NATO-nun Ukrayna və Gürcüstanla bağlı mövqeyini dəqiq bildirməsi olub. NATO Ukraynaya da, Güney Qafqaza da gəlir. Bu halda Ermənistanın necə davranması məsələsi açıq qalır. Ermənilərin müstəqil qərar qəbul etmək imkanları yoxdur. Ona görə də Kremldən bu situasiyada hərbi təhlükəsizlik məsələlərini müzakirə etmək lazım gəlir. Bu məsələyə Azərbaycanın sürətlə güclənməsi də təsirini göstərməkdədir. Məsələ ondan ibarətdir ki, Azərbaycanla Türkiyə hərbi sahədə əməkdaşlıqlarını daha da genişləndirir və ordumuz yüksək hərbi hazırlıq səviyyəsinə yüksəlib. Ermənistan ordusu bundan xeyli geridə qalmaqdadır. Qərbin bölgəyə nüfuzu artdıqca Ermənistan daha pis vəziyyətə düşür. Moskvaya bunlara görə ermənilərin ehtiyacı artır. Çox güman ki, Ermənistan Rusiyadan əlavə hərbi güc və texnika istəyəcək. Rusiya Abxaziya və Güney Osetiyada hərbi gücünü artırdığından Ermənistan və Dağlıq Qarabağda da eyni işləri görməlidir. Rəsmi Moskva son zamanlar Dağlıq Qarabağla bağlı müəmmalı addımlar atır. Hiss olunur ki, açıq da olmasa, Rusiya Dağlıq Qarabağdakı rejimi daha çox dəstəkləməyə başlayıb. Ora olan yardımlar artır. Məsələnin hərbi tərəfini daha da inkişaf etdirməyə rəsmi İrəvanın ehtiyacı isə çoxdur. Seyran Ohanyanın Moskva səfəri həm də Ermənistanın çətin duruma düşdüyünü ifadə edir. Rəsmi İrəvan artıq bütün sahələrdə Azəraycana uduzduğunun fərqindədir. Bölgədə sürətlə dəyişən geosiyasi durumun dinamikasına dözə bilməyən Ermənistan rəhbərliyi yenə də Rusiyaya üz tutur. Bu gedişin səmərəli olacağına inanmaq çətindir. Çünki artıq bölgədəki təhlükəsizlik sisteminin ümumi cizgiləri məlumdur. Orada Ermənistanın yeri görünmür. Ona görə də Ermənistanın müdafiə naziri Ohanyanın Rusiyaya səfəri bölgədə sülhə xidmət etmir. Güc və təcavüzə üstünlük verən tərəfin uğursuzluğa düçar olması zamanı uzaqda deyil. Dünyada heç bir silah Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə mane ola bilməz. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar