Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır

2021-07-14 18:03

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır.

Gunaz.tv Quote | Gunaz article

Bunu Prezident İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün bir məsələyə də toxunmaq istəyirəm. Mən bunu artıq bir neçə dəfə səsləndirmişəm. Hesab edirəm ki, sizin qarşınızda buna da aydınlıq gətirməliyəm. Mən bir neçə dəfə demişəm ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Yəni, bu işlərin başlanmasına hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu çox böyük bir səhv olacaq. 

Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər. Çünki bizim bu təklifimiz yeni real vəziyyətə əsaslanır.

Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir. Onu da bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. 

Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər. Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. 

Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Biz bütün quruculuq işlərimizlə bağlı planları sistemli şəkildə həyata keçiririk və artıq quruculuq işlərinə start verilib. Biz, dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. İnsanlar ora qayıdacaq, öz dədə-baba torpağında rahat yaşayacaqlar".(apa)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan polisi qondarma “bayrağ”ı süngü ilə qazıdı - VİDEO

2021-09-17

gun az article

Qlobal istiləşmə bəşəriyyəti qarşısıalınmaz fəlakətə yaxınlaşdırır- BMT-dən hesabat

2021-09-17

gun az article

Ərdoğan: “Türkiyə qədər faciələr qarşısında prinsipial davranan ikinci bir ölkə yoxdur”

2021-09-17

gun az article

Dövlət Xidməti: "Azad olunan ərazilərdəki tarix-mədəniyyət abidələrinin reyestri yaradılacaq"

2021-09-17

gun az article

Azərbaycanda son sutkada 1770 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

2021-09-17

gun az article

Azərbaycanın rayonlarına dolu düşüb, şimşək çaxıb

2021-09-17

gun az article

Deputatlar azad edilmiş ərazilərdəki ekoloji vəziyyəti təhlil edəcəklər

2021-09-17

gun az article

Kölndə Azərbaycan dilinin tədrisinə başlanılıb

2021-09-17

gun az article

Səid Xətibzadə: “Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları İran məxsusdur”

2021-09-17

gun az article

Şuşada qəzaya düşən hərbçi vəfat edib

2021-09-17

gun az article

“Arşın mal alan” Çində çin dilində tamaşaya qoyulub – VİDEO

2021-09-17

gun az article

İran rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib

2021-09-17

gun az article

Ceyhun Bayramov: "Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir"

2021-09-17

gun az article

Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi təqdim edilib

2021-09-17

gun az article

İran rəsmisi: “Ərak ağır su reaktoru ən qısa zamanda istifadəyə hazır olmalıdır”

2021-09-17

gun az article

"Son hadisələr İranla Ermənistanın birgə oyunudur, aramıza nifaq salmaq istəyirlər”- Araz Obalı

2021-09-17

gun az article

İranın Rəcayişəhr zindanında daha 5 məhkum edam edilib.

2021-09-17

gun az article

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir

2021-09-17

gun az article

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib

2021-09-17

gun az article

İran rəsmisi: “İbrahim Rəisi BMT-nin Baş Assambleyasında çıxış edəcək”

2021-09-17