SON XƏBƏRLƏR

Ermənistan və Fransa hərbi əməkdaşlıq haqqında saziş imzalamaq fikrindədir

2021.10.20, 07:36
Ermənistan və Fransa hərbi əməkdaşlıq haqqında saziş imzalamaq fikrindədir

Gunaz.tv
Ermənistan və Fransa hərbi əməkdaşlıq haqqında saziş imzalamaq fikrindədir seyran_ohanyan.jpg Ermənistanın müdafiə naziri Seyran Ohanyan Fransanın səfiri Serj Smesovla Qarabağ münaqişəsinin nizamalanması məsələsini müzakirə edib Bu gün Ermənistanın müdafiə naziri Seyran Ohanyan Fransanın fövqəladə və səlahiyyətli səfiri Serj Smesov ilə 2008-ci ildə iki ölkə arasında hərbi əməkdaşlıq proqramını müzakirə edib. Müdafiə nazirinin mətbuat katibi, polkovnik Seyran Şahsuvaryanın “Novosti-Armeniya”-ya verdiyi məlumata əsasən “Tərəflər hərb sahəsində tibb, fransız dilinin tədrisi ilə bağlı məsələləri müzakirə etmiş və ölkələr arasında fəallaşan əlaqələrin yaxın gələcəkdə hərbi əməkdaşlıq haqqında sazişin imzalanmasına töhfə verəcəyinə ümid etdiklərini bildirib”. Ohanyan xüsusilə sülhməramlı fəaliyyət sahəsində münasibətlərin inkişaf etdirilməsi vacibliyini, sentyabr-oktyabr aylarında Ermənistanda keçiriləcək təlimlərdə Fransanın gözlənilən iştirakı iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın güclənməsinə zəmin yaradacağını qeyd edib. Nazir, həmçinin Vazgen Sarkisyan adına hərbi institutun nəzdində fəaliyyət göstərən fransız dili tədrisi ofisinə daimi yardımına və Fransanın ali komandanlıq Kollecinin kursalarında Ermənistana ayrılmış yerlərə görə səfirə öz təşəkkürünü bildirib. S. Ohanyan ermənilərlə fransızlar arasında münasibətlərin əsrlərlə davam edən dostluğa əsaslandığını, həm ictimai sahədə həm də dövlət səviyyəsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Smesov isə, öz növbəsində, Ermənistanın Fransaya olan isti münasibətini yüksək qiymətləndirdiyini, ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirib. Görüşün sonunda tərəflər münasibətlərin cari vəziyyəti və onların dərinləşmə perspektivləri, eləcə də regional sabitlik və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb. Qarabağ münaqişəsinin nizamalanması məsələsini müzakirə edən tərəflər münaqişənin sülh yolu ilə həlli, Minsk qrupunun həmsədri olaraq Fransanın Ermənistan və Azərbaycanla hərbi əməkdaşlıqda balansı saxlaması vacibliyini qeyd edib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar