SON XƏBƏRLƏR

Ermənistan «Western Union» beynəlxalq pulköçürmə sistemi ilə əlaqələri kəsib

2021.10.20, 07:36
Ermənistan «Western Union» beynəlxalq pulköçürmə sistemi ilə əlaqələri kəsib

Gunaz.tv
Ermənistan «Western Union» beynəlxalq pulköçürmə sistemi ilə əlaqələri kəsib Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Ermənistan Milli Bankı yerli kredit təşkilatlarına «Western Union» beynəlxalq pulköçürmə sistemi ilə işgüzar əlaqələrin davam etdirilməsinə qadağa qoyub. «APA-ECONOMICS»in Rusiyanın «RİA-Novosti» informasiya agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb «Western Union» tərəfindən Ermənistan bankları ilə bağlanılan müqavilənin şərtlərinin pozulması, əsasən də, yerli bankların Dağlıq Qarabağdakı filiallarında təşkilat tərəfindən müştərilərə xidmət göstərməməsi olub. Qeyd edək ki, bu ilin avqustun 1-də Azərbaycan «Western Union» və «MoneyGram» pulköçürmə sistemlərinin ölkədəki banklarla əməkdaşlığını dayandırmışdır. Buna səbəb pulköçürmə sistemlərinin rəsmi İnternet səhifələrində Azərbaycan ərazilərinin təhrif olunmuş qaydada təqdim edilməsi, bəzi yaşayış məntəqələrinin düzgün adlandırılmaması və bu ərazilərdə Azərbaycan Milli Bankının (AMB) lisenziyası olmadan fəaliyyət göstərən qurumlar vasitəsi ilə pulköçürmə əməliyyatlarının həyata keçirilməsi kimi qanun pozuntuları olub. Lakin avqustun 14-dən etibarən pulköçürmə sistemləri tərəfindən bu nöqsanlar aradan qaldırılaraq AMB yerli banklara hər iki pulköçürmə sistemi ilə işgüzar münasibətlərin bərpa edilməsinə icazə verib. Müşahidəçilər rəsmi İrəvanın bu addımını «Western Union»un qondarma Dağlıq Qarabağla əlaqələrinin kəsməsinə cavab kimi qiymətləndirirlər. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar