SON XƏBƏRLƏR

Ermənistanda böhran dərinləşir

2021.10.20, 07:36
Ermənistanda böhran dərinləşir

Gunaz.tv
Ermənistanda böhran dərinləşir levon.jpg Ermənistanda əhali təşviş içindədir. Artıq bir neçə gündür benzin qıtlığından əziyət çəkən ermənilər indi də ərzaq problemləri ilə üzləşib. Ermənistanda günü- gündən dərinləşən iqtisadi böhran müxalifətin Erməni Milli Konqresinin hakimiyyətə qarşı mübarizəsinə təkan verib. Levon Ter Petrosyan bəyan edib ki, hakimiyyət yanacağın idxalı ilə bağlı inhisarçılığı aradan qaldırmalı və ayrı şəxslərə də bu sahədə çalışmağa imkan verməldir. Müxalifətçilər həmçinin böhranlı vəziyyət də ölkədə qiymət artımının qarşısının alınması üçün vahid mexanizmin işlənib hazırlanmasını tələb edib. Demək olar ki, Gürcüstan Cənubi Osetiya münaqişəsi növbəti dəfə Serj Sarkisyan hakimiyyətinin bacarısızlığını üzə çıxarıb. Münaqişə başlayandan 20 gün sonra onun nəticələri Ermənistan iqtisadiyyatına öz təsirini göstərdi və vəziyyətin pisləşməsi davam edir. Gürcüstandan Ermənistana daşınan yüklərin vaxtında mənzil başına çatmasına heç kim zəmanət vermir. Erməni Milli Konqresi bildirir ki, hətta Qarabağ müharibəsi illərində də vəziyyət belə acınacaqlı olmayıb. Hökumət həmin vaxt vəziyyətdən çıxa bilsə də, indi Ermənistan hakimiyyəti böhranı aradan qaldırmaq iqtidarında deyil. Artıq Ermənistanda litiri 2 dollar da benzin tapmaq müşkülə çevrilib. Ərzaq məhsullarınında qiyməti bir neçə dəfə artıb. Əhali arasında hakimiyyətə qarşı nifrət getdikcə çoxalır. Bu isə müxalifətin 5 sentyabr mitinqinin daha izdihamlı olacağından xəbər verir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar