SON XƏBƏRLƏR

Ermənistanda hakimiyyət dəyişikliyi tələbi ilə yenidən kütləvi aksiyalar başlayıb

2021.10.20, 07:36
Ermənistanda hakimiyyət dəyişikliyi tələbi ilə yenidən kütləvi aksiyalar başlayıb

Gunaz.tv

GünAz TV: Nikol Paşinyanın liderliyi ilə bu gün İrəvanın Respublika meydanında yenidən kütləvi etiraz aksiyası başlayıb.


APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Nikol Paşinyan bildirib ki, bu gün üçün hökumət nümayəndələri ilə görüş təklif etsə də, ötən gün məlum olub ki, baş nazirin vəzifələrini icra edən Karen Karapetyanla  görüş baş tutmayacaq.
 
Nikol Paşinyan bəyan edib ki, hakim partiya hakimiyyəti saxlamaq istəyir, buna görə də aksiyalar bu gündən bərpa olunur. Aksiyalarda hakimiyyətin dəyişməsi tələb olunur.
 
Qeyd edək ki, aprelin 13-də başlayan aksiyalar aprelin 23-də baş nazir Serj Sarkisyanın istefa verməsi ilə dayandırılmışdı.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar