SON XƏBƏRLƏR

Ermənistanda müxalifətin fəallaşması səbəbləri

2021.10.20, 07:36
Ermənistanda müxalifətin fəallaşması səbəbləri

Gunaz.tv
Ermənistanda müxalifətin fəallaşması səbəbləri Böyük güclərin bölgədəki iki "piyada ölkəsi" haqqında Ermənistan müxalifətinin yenidən fəallaşması gözlənilməz deyildi. Müxalifət Serj Sarkisyanın prezident seçilməsini həzm etmək istəmir. Onlar seçki zamanı həlak olan məsləkdaşlarının intiqamını alacaqlarını da açıq deyirlər. Həbsə atılan adamlar mitinqçilərə məktub yazaraq onları mübarizəyə səsləyiblər. Bunlar o deməkdir ki, Ermənistanda hakimiyyətin repressiyaları istənilən nəticələri vermir. Və yaxud kimlərsə Ermənistanda siyasi müxalifətin fəallaşmasında çox maraqlıdır. Müxalifətin lideri kimi isə keçmiş prezident Levon Ter-Petrosyan çıxış edir. L.Ter-Petrosyanın arqumentləri ondan ibarətdir ki, Robert Koçaryan hakimiyyətə gələndən əksər vəzifələrdə Qarabağda doğulmuş adamlar yerləşiblər. Eyni zamanda, Koçaryan xətti Ermənistanı bölgədə təcrid edib və ölkənin vəziyyəti acınacaqlıdır. Demokratik islahatlar aparılmır, əhalinin durumu getdikcə pisləşir. Bu səbəbdən L.Ter-Petrosyan seçkinin yenidən keçirilməsini tələb edir. Ermənistanda siyasi hakimiyyətin dəyişməsi zərurətini irəli sürür. Aydındır ki, bu tələblər birbaşa Qərbin meyarlarına uyğundur və Gürcüstandakı tələbləri xatırladır. Rəngli inqilabdan öncə gürcü müxalifəti də eyni tələbləri irəli sürmüşdü. Deməli, Ermənistanda siyasi mühitə Qərbin təsirləri artıb. Levon Ter-Petrosyanın tərəfdarlarının kütləvi mitinq keçirməsi və etirazın oturaq formasına başlamaları arxasında ciddi qüvvələr dayanırsa, "bu xəmir çox su aparacaq". Yəni Ermənistanda siyasi gərginliyin uzun müddət davam etməsi ehtimalı çoxdur. Bəs bu proseslərin sonu necə qurtara bilər? Bəziləri hesab edirlər ki, Ermənistanda demokratik dalğa güclüdür. Qətiyyən belə deyil. Əsrlərdir ki, Rusiyanın forpostu olan bir yerdə demokratik hərəkat möhkəm ola bilməz. Başqa tərəfdən, ermənilərin ideologiyalarında qonşu xalqlara nifrət üstünlük təşkil etdiyindən onlar üçün insan haqları birtərəfli işləyir. Odur ki, burada xaricdən qızışdırılan və əsasən inqilabçılıq, dağıdıcılıq elementləri ilə dolu bir hərəkat var. Həmin hərəkatın məqsədi rus təsirini heçə endirib, Qərb təsirini artırmaqdan ibarətdir. Yəni əgər Levon Ter-Petrosyanın tərəfdarları qalib gəlsələr belə, Ermənistanda demokratik quruluş olmayacaq. Onların insan haqları haqqında təsəvvürləri dəyişməyəcək. Bir vaxtlar ərazilərindən deportasiya etdikləri 100 minlərlə azərbaycanlının haqlarını tanımayacaqlar, Dağlıq Qarabağın qədim Azərbaycan torpağı olması faktını qəbul etməyəcəklər və sair. Sadəcə, Qərbin, özəlliklə də Amerikanın daha çox dəstəyini qazanıb, bölgədə maraqlarını öncəki kimi kobudcasına qorumaqda davam edəcəklər. Müxalifətin küçələrdə sürünməsi Qərb standartlarına uyğun xristianlıq etmək, "demokratiya" adı altında ultramillətçi məqsədləri həyata keçirmək, sivillik görüntüsü altında təcavüzkar siyasəti davam etdirmək olacaqdır. Heç Amerika da tələb etməyəcək ki, etnik rəngarənglik Ermənistanda bərpa edilsin. Bu cür tələblər yalnız müsəlman dövlətlərinə aid edilir. Məsələnin Rusiya tərəfini də unutmaq olmaz. Kimsə hesab etməsin ki, Ermənistanda Qərbin Levon Ter-Petrosyanı dəstəkləməsi ilə qüvvələr nisbəti kəskin dəyişib. Xeyir, Rusiyanın Ermənistanda təsiri çox güclüdür və o, maraqlarını qorumaq üçün mübarizəsini davam etdirəcək. Ona görə də Serj Sarkisyan özünü rahat hiss edir və hətta Türkiyə və Azərbaycan prezidentləri ilə türkcə danışır. Türkiyə prezidentini futbol oyununa baxmağa dəvət edir və s. Rusiya öz oyununu Gürcüstanda güclü surətdə davam etdirir. Qərb həmin ərazidə Rusiyaya qarşı tutarlı bir hərəkət edə bilmir, o ki qaldı Ermənistanda edə. Ona görə də müxalifətin küçələrdə oturmasının siyasi yox, daha çox fizioloji nəticəsi ola bilər. Görünür, Qərb və Rusiya Gürcüstanla Ermənistanda bir-birinə zərbə endirməkdə davam edəcəklər - Rusiya Gürcüstanda Qərbin, Qərb də Ermənistanda Rusiyanın qarşısını kəsməyə çalışacaq. Başqa sözlə, Gürcüstanla Ermənistan Qərb-Rusiya qarşıdurmasının piyadaları rolunu oynayırlar. Hər iki ölkədə problemlər yaratmaqla bu böyük qüvvələr gələcək mövqeləri üçün çalışırlar. Bu, Gürcüstanda etnik münaqişələri qızışdırmaq, Ermənistanda isə siyasi demokratiyanı bərpa etmək adı altında həyata keçirilir. Gözləmək olar ki, Güney Qafqazın bu iki zəif ölkəsi hələ uzun müddət böyük siyasətin şahmat taxtasında "zərbə-qurban" funksiyasını yerinə yetirməli olacaqlar. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar