SON XƏBƏRLƏR

ERMƏNİSTANDA SOSİAL-İQTİSADİ VƏZİYYƏT GÜNBƏGÜN AĞIRLAŞIR.

2021.10.20, 07:36
ERMƏNİSTANDA SOSİAL-İQTİSADİ VƏZİYYƏT GÜNBƏGÜN AĞIRLAŞIR.

Gunaz.tv
ERMƏNİSTANDA SOSİAL-İQTİSADİ VƏZİYYƏT GÜNBƏGÜN AĞIRLAŞIR. 200806105.jpg AzərTAc xəbər verir ki, ABŞ-ın nüfuzlu “Vaşinqton Tayms” qəzeti 9 iyun nömrəsində Ermənistanda sosial-iqtisadi vəziyyətin günbəgün ağırlaşdığı barədə yazı dərc etmişdir. Yazıda deyilir ki, Ermənistanda əhalinin dörddə bir hissəsindən çoxu yoxsulluq həddində yaşayır. Ölkədə orta aylıq əmək haqqı çox aşağı səviyyədədir. Bu gün Ermənistanın mövcudluğu xarici yardımdan asılıdır. Erməni diasporu ölkəyə milyonlarla dollar yardım edir, əhalinin böyük hissəsi xaricdən qohumlarından göndərilən vəsait hesabına yaşayır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, ölkəyə xaricdən göndərilən pullar yerli iqtisadiyyatın gəlirlərindən çoxdur. Qəzet yazır ki, Yerevan şəhərinin böyük bir hissəsi köhnə, əldən düşmüş binalardan ibarətdir. Sovet dövründən qalma avtomobillər ölkədə atmosferin çirklənmə prosesini daha da sürətləndirir. Ölkənin bəzi regionlarında su çatışmazlığı problemi yüksək həddədir. Ermənistanda demokratiyanın vəziyyəti ilə də bağlı ciddi problemlər yaşanır. Bu ilin əvvəllərində həmin problem özünü bir daha nümayiş etdirdi. Hakimiyyət prezident seçkiləri zamanı müxalifətə qarşı kütləvi zor tətbiq etdi. Məqalədə bildirilir ki, Ermənistanda əhalinin böyük əksəriyyəti ölkəni tərk etmişdir. Qonşu Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Ermənistan özünü bölgədə həyata keçirilən böyük iqtisadi layihələrdən təcrid vəziyyətinə salmışdır. Dağlıq Qarabağ münaqişəsinin həllini ləngitməklə Ermənistan ölkədə vəziyyətin daha da gərginləşməsinə rəvac verir. Bunu Ermənistanın yeni rəhbərliyi dərk etməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar