SON XƏBƏRLƏR

Ermenistanda veziyyet gergindir

2021.10.20, 07:36
Ermenistanda veziyyet gergindir

Gunaz.tv
Ermenistanda veziyyet gergindir thumbnail.php?file=irevan_aksiya_838525660.jpg&size=article_medium Yerevan şəhər meriyası keçmiş prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi müxalif qüvvələrə iyunun 20-də Azadlıq meydanında mitinq keçirməyə razılıq verməyib. Meriya müxalifətə aksiyanı «Razdan» stadionunda keçirməyi təklif edib. Qeyd edək ki, Ter-Petrosyanın iyunun 9-da təqdim etdiyi xəbərdarlıq məktubunda kütləvi aksiyanın Azadlıq meydanında başlanıb paytaxt küçələrində davam etdiriləcəyini bildirimişdi. Ter-Petrosyan 1991-1998-ci illərdə Ermənistanın prezidenti olub. O, 2008-ci il fevralın 19-da keçirilən prezident seçkisində iştirak edib və 21,5 faiz səslə ikinci yeri tutub. Seçkinin baş nazir Serj Sərkisyanın xeyrinə saxtalaşdırıldığını iddia edən Ter-Petrosyan və tərəfdarları fevralın 20-dən martın 1-nə qədər Yerevanda seçkinin nəticələrinin saxtalaşdırılmasına etiraz əlaməti olaraq kütləvi aksiyalar keçirib. Martın 1-də polis və ordu birləşmələri aksiyanı qanla yatırdıb. Rəsmi məlumata görə, hadisələrdə 10 nəfər ölüb, yüzlərlə adam yaralanıb. Geniş repressiyalarda müxalifətin 50-dən çox üzvü həbs olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar