SON XƏBƏRLƏR

Ermənistandan qalxan rus təyyarələri Marneulini bombaladı

2021.10.20, 07:36
Ermənistandan qalxan rus təyyarələri Marneulini bombaladı

Gunaz.tv
Ermənistandan qalxan rus təyyarələri Marneulini bombaladı Gürcüstan ərazi bütövlüyünün bərpası uğrunda müharibəyə başladı osetiya.jpg Dünən Gürcüstanın hökumət qoşunların Rusiyanın nəzarətdə saxladığı qondarma Cənubi Osetiya Respublikasının ərazisinə daxil olublar. Yaranmış vəziyyətlə bağlı Rusiya prezidenti Dmitri Medvedyev Təhlükəsizlik Şurasının iclasını çağırıb. Təhlükəsizlik Şurasının iclasından sonra Rusiya prezidennti Dmitri Medvedyev bəyan edib ki, onun ölkəsi hər zaman Qafqaz xalqlarının təhlükəsizliyinin təminatçısı olub: "Konstitusiyaya və federal qanunvericiliyə əsasən mən Rusiya vətəndaşlarının harada yaşamalarından asılı olmayaraq, təhlükəsizliyini təmin etməyə borcluyam". Azər Rusiyanın tələbi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının dünən keçirilən fövqəladə toplantısında heç bir qərar qəbul olunmayıb. Dipomatik mənbələr toplantıda Rusiyanın Cənubi Qafqaz bölgəsindəki və dünyadakı vəziyyəti gərginləşdirməkdə ittiham edildiyini bildiriblər. Rusiya Gürcüstanın güc tətbiq etməsini pisləyən qərar qəbul olunmasını təklif etsə də, bu təklif keçməyib. TŞ yalnız münaqişə zonasında gərginliyin artmasından narahatlıq bildirməklə kifayətlənib. Dünən münaqişə bölgəsində yaranmış vəziyyətlə bağlı ilk brifinqi Gürcüstanın baş naziri Vladimir Qurqenidze keçirib. Baş nazir bəyan edib ki, Gürcüstan hökuməti Cənubi Osetiyaya humanitar yardım kimi 35 milyon dollardan artıq vəsait ayırıb: "Gürcüstan infrastrukturların bərpası və humanitar problemlərin qarşısının alınması üçün bütün mümkün vasitələrdən istifadə edəcək". Qurqenidze xatıladıb ki, rəsmi Tiflis Cənubi Osetiyaya Vahid Gürcüstan dövlətinin tərkibində geniş muxtariyyət təklif etməyə hazırdır: "Biz eyni zamanda seçparatçı rejimi təmsil edən bütün şəxslərlə bağlı amnistiya elan edəcəyik. Münaqişə bölgəsindəki dinc insanlar bir daha təhlükə qarşısında qalmayacaqlar". Baş nazir təmsil etdiyi hökumətin münaqişə bölgəsində Konstitusiya intizamının bərpası üçün qətiyyətli addımlar atmağa məcbur olduğunu da dilə gətirib: "Bu addımlar bölgədə sülhün və əminamanlığın tam bərpasına qədər davam etdiriləcək". Cənubi Osetiyada aparılan hərbi əməliyyatlarla bağlı növbəti bəyanatı Gürcüstan prezidenti Mixil Saakaşvili verib. Gürcüstan telekanallarıyla xalqa müraciət edən Saakaşvili Cənubi Osetiya ərazisinin böyük hissəsinin hökumət qoşunları tərəfindən azad edildiyini bildirib: "Bütün dünyaya bəyan edirəm ki, Gürcüstana qarşı genişmiqyaslı hərbi təcavüz həyata keçirilir. Son bir neçə saat ərzində Rusiyaya məxsus hərbi təyyarələr Gürcüstan ərazisini bombalayıblar. Bombalar dinc sakinlərin yaşadığı məntəqələrə atılıb. Gürcüstan bu konfrantasiyasının təşəbbüsçüsü deyil, ancaq öz ərazisini də güzəştə getməyəcək. Gürcüstan azadlıq yolundan dönməyəcək". Saakaşvili öz çıxışı zamanı səfərbəlik elan etdiyini də vurğulayıb: "Biz qorxmamalıyıq. Bu bizim vətənimizdir. Biz öz vətənimizi, Gürcüstanı və gələcəyimizi müdafiə edirik". Saakaşvili telemuraciətində Gürcüstanın hava sərhədlərini pozan doqquz rus hərbi təyyarəsindən ikisinin vurulduğunu da qeyd edib. Qeyd edək ki, Rusiya hərbi hava qüvvələrinə məxsus təyyarələr dünən paytaxt Tiflisin 20 kilometrliyində yerləşən Vaziani hərbi bazasını da bombalayıblar. Burada əsasən beynəlxalq sülhməramlı missiyaların tərkibinə daxil olan Gürcüstanın hərbiçiləri təlim keçirlər. Faktla bağlı yayımlanan xəbərlərdə bombardman nəticəsində yaralananların olduğu da yer alıb. Hadisədən sonra Gürcüstanın baş naziri Vladimir Qurqenidze və təhlükəsizlik şurasının katibi Aleksandr Lomaya Vaziani hərbi bazasına gediblər. "Reuters" agetliyinin yayımladığı başqa bir xəbərdə Gürcüstanın Vaziani, Qori, Batum, Senaki və Kutaisidəki bazalarında ehtiyatda olan hərbçilərin və könüllülərin toplaşdığı, səfərbərlikdən sonra daha iki hərbi alayın münaqişə bölgəsinə göndərildiyi bildirilir. Rusiya təyyarələri günün ikinci yarısında azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonundakı hava limanını da bombalayıblar. Bombardmanda iştirak edən təyyarələr Marneuliyə Ermənistandan ərazisindən daxil olublar. Marneuli hava limanının bombalanması nəticəsində 4 nəfər həlak olub. Yaralıların sayı haqqında isə məlumat verilmir. Dünən hərbi əməliyyatlarla bağlı Gürcüstanın Rusiyadakı səfirliyinin mühafizəsi də gücləndirilib. Bu barədə "İnterfaks"a Moskva milisinin ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər veriblər. Olimpiya oyunlarının açılışına qatılmaq üçün Çinin paytaxtı Pekində olan Rusiyanın baş naziri Vladimir Putin də gürcü-osetin münaqişəsi zonasında yaranmış vəziyyətə münasibət bildirib. Putin Qazaxıstan prezidenti Nazarbayevlə görüşündə deyib ki, Gürcüstanın Cənubi Osetiyaya qarşı təcavüzkar hərəkətlərindən sonra Olimpiya oyunlarının açılışına kölgə düşüb: "Olimpiya oyunlarının mahiyyəti budur ki, həmin gün silahlar susmalıdır. Çox təəssüf ki, bunun əksi oldu və Gürcüstan hakimiyyəti faktiki olaraq döyüş əməliyyatlarına başladı". Vladimir Pitinin fikrincə, MDB ölkələri Gürcüstanı hərbi əməliyyatlara son qoymağa çağırmalıdır: "MDB çərçivəsində bu hərəkətə qiymət verilməsi çox yaxşı olardı". Gürcüstan qoşunlarının Sxinvalidə keçirdiyi hərbi əməliyyatlarla bağlı SNN, BBS və "Rustivi-2" telkanallarının, həmçinin Reuters və AFP agentliklərinin dünən saat 15:00-da yaydıqları məlumatlara görə, Cənubi Osetiyanın paytaxtı tamamilə gürcü hərbçilərinin nəzarətinə keçib. Ayrı-ayrı ərazilərdə lokal toqquşmalar isə davam edir. Gürcüstanın hökumət qoşunları saat 17:00-dək atəşkəs elan olduğunu bildiriblər və separatçıların silahlı qrpulaşmalarına təslim olmaq üçün 2 saat vaxt veriblər. Bundan əlavə məlumatlarda dinc əhalinin mühafizəsi məqsədilə humanitar koridorun açıldığı və insanların döyüş bölgəsindən evaukasiya edildiyi də qeyd olunur. Rusiyanın RTR kanalının yayımladığı xəbərdə isə 150 rus tankının və zirehli maşınların Rokski keçidi istiqamətindən Cənubi Osetiya ərazisinə daxil olduğu bildirilib. Sxinvalidən birbaşa xəbər verən "İnterfaks" agentliyinin müxbiri isə şəhərin alovalara qərq olduğunu deyib. Dünən Çinin paytaxtında ABŞ prezidenti Corc Buşla görüşən Putin hadisələrin nəzarətdən çıxa biləcəyindən narahat olduğunu vurğulayıb. Onun sözlərinə görə, Rusiya ərazisindən Cənubi Osetiyaya könüllülər axışır və bölgədə sülhü qorumaq olduqca çətindir. Rusiya müdafiə nazirliyinin yaydığı açıqlamada atışma zamanı 10 rus hərbçisinin öldürüldüyü, 30 nəfərin isə yaralandığı vurğulanır. Şəhərin gürcü qoşunlarının nəzarətindən olduğuna baxmayaraq, dünən saat 17:00-dək Sxinvalidə olduğu bildirilən separatçı rejimin rəhbəri Eduard Kokoyatı da "xalqa" ziddiyətli məqamlarla zəngin müraciət ünvanlayıb. Kokoytı müraciətində hökumət binasının yaxınlığındakı sığınacaqlardan birində olduğunu bildirib: "Partlayış səsləri eşidilir. Yaxınlıqdakı binanın damını mərmi uçurdu... Biz bacardığımızı etdik. Ancaq söhbət konkret yardımdan gedəndə, kimsə bizə dəstək vermədi. Abxazlar əməkdaşlıq haqqında sazişi pozmaqla bizi satdılar. Ruslar bizi satdılar. Putin Olimiya oyunlarının açılışı ilə bağlı Pekinə səfərini təxirə salmadı və fövqəladə vəziyyət elan etmədi. Bir daha Rusiya xarici işlər nazirliyini məni - Rusiya vətəndaşını xilas etməyə çağırıram... Mən artıq üzərimə bir neçə qumbara bağlamışam və gürcü tankının altına atılacağım anı gözləyirəm... Məni zorla Rusiyaya aparmaq istəyirlər. Əgər getməli olsam, bilin ki, həmişə sizinləyəm". Baş separatçı Eduard Kokoytının həyacanlı müraciətindən sonra, Gürcüstan təhlükəsilik şurasının katibi Kaka Lamaya beynəlxalq birliyə Rusiyanın təcavüzünə son qoyulmasıyla bağlı çağırış edib: "Rusiya Gürcüstanı işğal edir. Əgər rus hərbçiləri və hərbi texnikası Gürcüstan ərazisinə daxil olublarsa, bu artıq bu ölkə ilə müharibə vəziyyətində olmağımızı sübuta yetirir". Saat 17:00-dək elan olunmuş atəşkəs isə Rusiya silahlı qüvvələrinin növbəti hücumu nəticəsində vaxtından xeyli əvvəl pozulub. Saat 19:00-da əldə etdiyimiz məlumata görə, Sxinvalidə qanlı toqquşmalar davam edir və şəhər artilleriya qurğularından, tanklardan və digər silahlardan aramsız atəşə tutulur. Saat 19:30-da Rusiya kütləvi informasiya vasitələri Gürcüstan qoşunlarının Sxinvalini tərk etməsi barədə məlumat yaydılar. Gürcüstan müdafiə nazirliyi isə xəbəri dərhal təkzib etdi. Rəsmi Tiflis Sxinvalinin təxminən 70 faizinin Gürcüstanın hökumət qoşunlarının nəzarəti altında olduğunu bəyan edib. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar