SON XƏBƏRLƏR

Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan Şərqi Azərbaycan əyalətinə gedib

2021.10.20, 07:36
Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan Şərqi Azərbaycan əyalətinə gedib

Gunaz.tv

GünAz TV: Ötən gün axşam işğalçı rejim Ermənistanın səfiri Artaşes Tumanyan Şərqi Azərbaycan əyalətinə gedib.

 

İşğalçı rejimin səfiri əyalət rəsmiləri ilə görüşündə ölkəsi ilə Şərqi Azərbaycan əyaləti arasında iqtisadi əlaqələrin çox aşağı səviyyədə olduğundan narahatlıq ifadə edib və Ermənistanın İranın bütün bölgələri ilə iki tərəfli iqtisadi münasibətləri gücləndirmək niyyətinin olduğunu deyib.

 

Artaşes Tumanyan həmçinin Ermənistanın Şərqi Azərbaycan vilayəti ilə digər sektorlarla yanaşı, elm və texnologiya sahələrində də əməkdaşlıq etmək niyyətinin olduğunu vurğulayıb.

 

Diplomat çıxışı zamanı İran və Ermənistanın Avrasiya İqtisadi Birliyində qarşılıqlı əməkdaşlıq etmə şanslarının olduğunu vurğulamaqla yanaşı, iranlı iş adamlarını ölkəsinə sərmayə qoymağa çağırıb.

 

“Ermənistan İranla dərman istehsalı, turizm, eləcə də texniki və mühəndislik xidmətləri sahələrində əməkdaşlıq etməyə hazırdır. Biz həmçinin kənd təsərrüfatı, sənaye, eləcə də informasiya və kommunikasiya texnologiyaları sektorlarında da tərəfdaşlıq edə bilərik”, - deyə işğalçı rejimin səfəri fikrini tamamlayıb.

 

Qeyd etmək lazımdır ki, İran rejimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal edən, minlərlə soydaşımızı öldürən və 1 milyon müsəlman azərbaycanlının öz ata-baba yurdlarından çıxaraq məcburi köçkün həyatı yaşamasına səbəb olan Ermənistana hər növ dəstək göstərən başlıca ölkədir. Hazırda rəsmi Tehran iqtisadi blokadada olan Ermənistan rejimi üçün nicat qapısı hesab edilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar