Ermənistanla sərhəddə DSX-nın yeni hərbi hissəsi fəaliyyətə başlayıb-FOTOLAR

2021-04-01 14:28

Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edildikdən və Ermə­nis­tan Respublikası ilə dövlət sərhədləri işğaldan azad olunduqdan sonra  bu ərazilərdə sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir.

Gunaz.tv Quote | Gunaz article

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, aprelin 1-də Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini general-leytenant Rəşad Sadiqov çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Çıxışda Vətən Müharibəsində düşmən üzərində tarixi qələbə­nin əldə olunmasında Azərbaycan sərhədçi­lə­ri­nin şərəflə iştirak etmələri və qarşıya qoyulmuş döyüş tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirmələri, dövlət sərhədlərimizin işğaldan azad olunmasından sonra qısa müddət ərzində bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyə­də təşkilinin böyük əhəmiy­yət kəsb etməsi qeyd olunub.     

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin  Ali Baş Komandanı  İlham Əliyevin dövlət sər­həd­ləri­mizin mühafizəsinə göstərdiyi yüksək etimadı doğrultmaq üçün səy və bacarıqlarını əsirgəməyən Azərbaycan sərhədçilərinin düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığının təmin edilməsi vəzifəsinin öhdəsindən də layi­qin­cə gələcəklərinə əminlik ifadə olunub.

Yeni hərbi hissə kompleksinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olmuş, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana kompleksinə, anbar, silah və texniki vasitə­lərə, avtomobil texnikasına baxış keçirmişlər. Kompleks daimi işıq və istilik sistemi, zəruri avadanlıqlar, mebel və məişət əşyaları ilə təmin edilib.

Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstər­miş hərbi qulluqçular təltif olunublar. (apa)

Ayxan Turan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Belarusun müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib

2021-05-18

gun az article

“Sən azadsan, Laçınım”-Qədim yurdumuz artıq düşmən tapdağında deyil

2021-05-18

gun az article

Dövlət Agentliyi: “Şuşa əsas turizm məkanı olacaq”

2021-05-18

gun az article

Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu bildirib

2021-05-18

gun az article

ABŞ Prezidentinin müşaviri İlham Əliyevə zəng etdi

2021-05-18

gun az article

Azərbaycan Ordusunun PUA heyətləri təlim tapşırıqlarını icra edir - VİDEO

2021-05-18

gun az article

Hindistanda “Tauktae” qasırğası 8 nəfərin ölümünə səbəb olub

2021-05-18

gun az article

Dmanisiyə əlavə polis qüvvələri yeridilib - Gürcüstanın DİN rəhbəri

2021-05-17

gun az article

Sülhməramlılar 80 ermənini Amarasa apardı

2021-05-17

gun az article

İşçi qrupunun rəhbəri: “Dmanisidəki insidentdə heç bir etnik amildən söhbət gedə bilməz”

2021-05-17

gun az article

Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət edib

2021-05-17

gun az article

28 gürcünü ölümdən xilas etmiş Rahib Məmmədovun qardaşı: "Dmanisi sakinlərini təxribata getməməyə səsləyirəm"

2021-05-17

gun az article

Naxçıvan Qarnizonunda növbəti komanda-qərargah təlimi başlayıb-FOTOLAR

2021-05-17

gun az article

ABŞ dövlət katibi və Fransa XİN başçısı Qarabağı müzakirə edib

2021-05-17

gun az article

Azərbaycanda daha 515 nəfər COVID-19-dan sağalıb, 426 nəfər yoluxub

2021-05-17

gun az article

Dövlət Komitəsi Gürcüstan azərbaycanlılarına çağırış edib

2021-05-17

gun az article

Səid Xətibzadə: “İlkin razılaşma deyilən bir şey yoxdur”

2021-05-17

gun az article

Şamil Ayrım: "Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir"

2021-05-17

gun az article

Fələstinlilər narahatdır: İranın fitnəkarlığı atəşkəsi poza bilər

2021-05-17

gun az article

Səudiyyə Ərəbistanı İrana və başqa 12 ölkəyə səfər qadağasını uzatdı

2021-05-17